Bidzina İvanişvili koronavirusla mübarizəyə 100 milyon lari ianə bağışlayıb
İqtidar partiyası liderinin ianə etdiyi vəsait artıq xüsusi fondun hesabına köçürülüb.
Bidzina İvanişvili – “Gürcü arzusu” iqtidar partiyasının lideri “StopCov” fondunun hesabına 100 milyon lari [Təxminən $32 mln] köçürüb. Bu faktı “Kartu” fondunun idarə heyətinin sədri Nikoloz Çxetiani də təsdiqləyib.
9 aprel 10:00-a olan məlumata əsasən, Gürcüstanda 214 koronavirusa yoluxma halı qeydə alınıb. 4559 nəfər karantində, 353 nəfər stasionarda nəzarət altında saxlanılır. 50 pasiyent sağalıb, 3 nəfər ölüb.
Bidzina İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın baş naziri olub. O, ölkənin ən varlı insanı hesab edilir. “Forbes” nəşrinin məlumatına əsasən, İvanişvili 4,8 milyard dollar kapitalla dünyanın ən varlı 500 nəfəri arasında 349-cu yeri tutur. Dünya KİV-i onun haqqında tez-tez yazır. Onun adı qalmaqallı “Panama Papers” sənədlərində də hallanır.
- Böyük ağaclar – milyarderin son həvəsi. Bidzina İvanişvili landşaftı necə dəyişir? Dara dəniz sahilindən reportaj
- Fövqəladə vəziyyət – hüquqlar və vəzifələr
“StopCov” fondu pandemiya ilə mübarizə üçün vəsait ianə etmək istəyənlər ortaya çıxandan sonra Gürcüstan hökumətinin təşəbbüsü ilə yaradılıb. Fondun hesabına həm ölkə vətəndaşları, həm də müxtəlif şirkətlər pul köçürür. Fondda artıq 124 543 899 lari (1 dollar təxminən 3 lariyə bərabərdir) toplanıb.