Berlində azərbaycanlı, erməni və gürcü yenidən görüşəcək - “Dolma gündəlikləri” serialı davam edir
Paylaşmaq
Paylaşmaq
“Dolma Gündəlikləri” serialının yeni bölümləri
Özünəməxsus komediya janrında olan Dolma Gündəlikləri internet serialının yeni bölümləri üzərində işlərə başlanılıb (Dolma Diaries).
Serial Berlində birgə kirayə mənzildə yaşayan üç gənc – erməni, azərbaycanlı və gürcü oğlandan bəhs edir. Onlar Almaniyaya təhsil almağa gəliblər, təqaüd qazanıblar, bunun ilkin şərtlərindən biri də “opponentlə birgə yaşamaq”dır.
Serial stereotiplərə istehza etməyi öz vəzifəsi sayan bir qrup Cənubi Qafqaz və Almaniya vətəndaş cəmiyyəti fəalı və media prodüseri tərəfindən lentə alınıb.
İlk pilot seriya 2022-ci ilin payızında “Friedrich Ebert Stiftung”un dəstəyi ilə buraxılıb. Onu buradan izləyə bilərsiniz. Bu da əsas personajlar çəkiliş zamanı:
“Onlayn əyləncəli serial gənclərin qəlbinə və zehninə daha çox çatır. Beləliklə, düşmən obrazlarına müqavimət göstərəcək, insanları bir-birinə tanıdacaq Ermənistan-Azərbaycan-Gürcüstan birgə komediya serialı yaratmaq ideyası yaranıb. Nə üçün problemlərin mümkün həlli kimi müharibəyə imkan verən zehniyyəti lağa qoymayaq?” – veb-serialın prodüseri Oliver Muser deyir.
“Almaniya Xarici İşlər Nazirliyi bu ideyanı bəyəndi. Gürcü, erməni və azərbaycanlı müəlliflər – Fazil Əliyev, Artem Petrosyan və Giorgi Cavaxadze ilə birlikdə üzərində işlədiyimiz ssenarinin ərsəyə gəlməsini onlar maliyyələşdiriblər”.
Ssenari müəllifləri artıq işi davam etdirirlər və 2023-cü ilin sonuna kimi “Dolma Gündəlikləri”nin bir neçə yeni epizodu eyni vaxtda yayımlanacaq. Bütün xəbərlər Instagram-da olacaq.
Serial üzərində işləyən komanda bildirir ki, maraqlanan hər kəsdən hər hansı məsləhət, təklif və ideya almaqdan çox məmnun olarlar. “Biz tərəfdaşlıq axtarırıq”, deyə onlar qeyd ediblər.