Belarusda keçirilən seçkinin nəticələrini Avropa yenə də tanımayıb
Bazar günü Belarusda Nümayəndələr Palatasına – parlamentin aşağı palatasına seçkilər keçirilib. Euroradio xəbər verir ki, ATƏT seçkilərin nəticələrini tanımayıb. Belarusun müxalif partiyaları və müstəqil müşahidəçilər isə ümumiyyətlə “seçki” sözünü dırnağa alırlar. Onların fikrincə, 110 dedutat sadəcə təyin olunub.
Müxalifətçilər niyə belə hesab edir:
•Bircə nəfər də olsun müxalifətçi paralmentə keçə bilməyib;
•hər üçüncü müstəqil müşahidəçi seçki məntəqəsindən qovulub;
•hökumətyönlü namizədlər o qədər üzdə olublar ki, müstəqil media 95 faizlik dəqiqliklə kimlərin deputat seçilərək parlamentə keçəcəyini proqnozlaşdıra bilib;
•Belarusda beş gün davam edən növbədənkənar səsvermədə iştirak səviyyəsi 35 faizdən yüksək olub. Müstəqil müşahidəçilərin ffikrincə, iştirak səviyyəsi şişirdilib ki, “lazımi” namizədlərin qələbəsini təmin etmək üçün sandıqlara topa bülletenlər atılsın;
•Brestdə sandığa topa bülleten atılmasını videoya çəkməyə çalışan müstəqil müşahidəçini və onun kimiləri Aleksandr Lukaşenko seçki günündə açıq şəkildə söyüb;
•seçki məntəqələri bağlanana qədər rəsmi iştirak səviyyəsi 77,22 faiz təşkil edib. Bununla belə, axşam səs verən bir çox seçicilər bülleten aldıqları zaman boş vərəqələrə imza atıblar, yəni öz binalarından, məhəllələrindən səs verməyə gələn ilk seçicilər olublar.
•Şərh. Rusiya: seçkilər bitdi, ən maraqlısı başladı
Seçki öncəsi Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, parlamentdə vərəsəlik görmək istəyir: yaxşı olar ki, deputatların üçdə biri növbəti müddətə qalsın və qalanlarına nə etməli olduqlarını öyrətsin. Çox təəccüblü təsadüfdən elə belə də olub, Nümayəndələr Palatasının 110 deputatından 30-u köhnə tərkibdən qalmalardır.
Müşahidəçilərin fikri və hakimiyyətin cavabı
“Seçki hüququ” kampaniyasının məlumatına əsasən, Belarusda 2019-cu il seçkilərini izlədikləri müddətdə 731 pozuntu aşkarlayıblar. Müşahidəçilər 622 halla bağlı şikayət verib. “Seçki hüququ” şirkətinin nümayəndələrinin işlədiyi doqquz dairədən beşində seçici fəallığının aşağı olması nəticəsində seçki baş tutmayıb. “Gənclər blokundan” olan deputatlığa namizəd Stas Şaşok və onun səlahiyyətli nümayəndəsi Pyotr Markelov məntəqələrin birində seçki nəticələrini mübahisələndirməyə çalışıblar. Nəticədə Markelovu Facebook-da canlı yayım etdiyi zaman milis qolunu buraraq aparıb.
ATƏT-in müşahidəçi missiyası seçkidən sonra “səslər sayılarkən ciddi prosedur problemlərinin” olduğu haqda bildirib. Xüsusi əlaqələndirici Marqareta Sederfeltin sözlərinə görə, bu faktlar səs sayımının ədalətli keçdiyinə ehtiyatla yanaşmağa məcbur edir:
“Biz qeyd etdik ki, namizədlərin çoxu seçkilərdə iştirak üçün müraciət edib, amma onların iştirakına məhdudiyyət qoyulub. Bu seçkilər demokratik öhdəliklərin qətiyyən yerinə yetirilmədiyini nümayiş etdirib. Parlamentin səlahiyyətlərinin və müstəqilliyinin məhdud olduğu, həm seçicilərin, həm də namizədlərin əsas azadlıqlarının pozulduğu bir dövlətdə parlament seçkilərinin formal bir şeyə çevrilmək təhlükəsi var”.
ATƏT nümayəndələri Belarus hakimiyyətinin seçki qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı tövsiyələrə əməl etməməsindən məyus olduqlarını bildiriblər. Bunun cavabında isə Belarus XİN-i bildirib ki, Minsk Qərb tərəfdaşları tərəfindən konstruktiv tənqidlərə hazırdır, amma “əsassız və total biabırçılıq” olmasın.
Seçki qanunvericiliyi və seçki prosedurları “hətta təkmilləşdiriləcəksə də, bu, kiminsə göstərişi ilə yox, cəmiyyətimizin tələbi ilə və təkamül yolu ilə”. Belarusda seçki isə hansısa xarici qüvvələr üçün keçirilmir, “öz ölkəmiz və xalqımız üçün” keçiririk, rəsmi Minsk vurğulayır.