Belarusa Bakıdan gələn iranlı tələbədə koronavirus aşkarlanıb
Paylaşmaq
Paylaşmaq
Belarusda ilk koronavirusa yoluxma halı qeydə alınıb. Euroradio-nun verdiyi məlumata görə, fevralın 27-də iranlı tələbələrdən birində virus aşkarlanıb, həmin tələbə Belarusa fevralın 22-də Bakıdan uçub.
Koronavirusun mövcudluğunu Epidemiologiya və Mikrobiologiya üzrə Respublika Elmi-Praktiki Mərkəzin apardığı testlər də təsdiqləyib.Pasiyenti və onunla ünsiyyətdə olan insanları Minskdə infeksion xəstəxananın qapalı bokslarında yerləşdiriblər. Bildirilir ki, tələbə özünü qənaətbəxş hiss edir.
Belarus Səhiyyə Nazirliyinin bildirdiyinə görə, ölkədə koronavirusun yayılmasına imkan verməmək üçün sanitar-epidemioloji tədbirlər həyata keçirilir.