Svetlana Tixanovskaya – Belarusda ən qeyri-adi prezidentliyə namizəd
Materialın tam versiyası “Novaya qazeta”da
Belarusda baş tutacaq prezident seçkilərinin ən böyük gözlənilməzliyi Svetlana Tixanovskayadır. Hələ az əvvəl heç kimin tanımadığı gənc qadın bugün küçələrə minlərlə tərəfdarını toplayır və “Avropanın son diktatoruna” meydan oxumağa hazırdır. Svetlana Tixanovskaya Rusiyanın “Novaya qazeta” nəşrinə onu bu addıma nəyin sövq etdiyini danışıb.
Əslində seçkilərdə Svetlananın əri – populyar videobloger Sergey Tixanovski namizədliyini irəli sürüb. Amma təşəbbüs qrupları qeydiyyata alındığı günlərdəo, 15 sutkalıq həbs cəzası alıb, onun qrupunu isə qeydiyyata almayıblar. Bu zaman Svetlana hamı üçün gözlənilməz addım atıb: ərinin təşəbbüs qrupunu özününkü kimi qeydiyyatdan keçirib.
Həbsdən çıxandan sonra Sergey Tixanovski bilib ki, prezidentliyə namizəd deyil, öz həyat yoldaşının təşəbbüs qrupunun rəhbəridir. Hərçənd bu statusda da o, yalnız on gün qalıb, daha sonra isə “ictimai asayişi kobud şəkildə pozan əməlləri təşkil etməkdə” günahlandırılaraq həbs edilib.
• Şərh: Rusiya Putindən yorulub. Nə etmək mümkündür?
• Bürokratik kəşflər dövrü: Belarusda koronavirus məmurları necə danışmağa vadar etdi?
Heç kimin gözləmədiyi hadisələr baş verdi – minlərlə insan dövlət başçısı vəzifəsinə yeni namizədin xeyrinə imza atmaq üçün növbəyə düzüldü. Nəticədə Svetlana 110 min imzanı Mərkəzi Seçki Komissiyasına təhvil verə bildi.
26 ildirhazırki prezident Aleksandr Lukaşenkonun fasiləsiz və alternativsiz idarə etdiyi ölkədə baş verdi. Belarusda növbəti prezident seçkiləri avqustun 19-a təyin edilib.
“Düşünürdüm ki, məni qeydiyyatdan keçirməyəcəklər”
“Mən heç vaxt siyasətçi olduğumu iddia etməmişəm! Mən sadəcə həyat yoldaşını sevən qadınam, ya səhv etmişəm, ya da qəhrəmanlıq. Bunu eləmək qərarına gəldiyim həmin an mən bilmirdim axı hər şey nə ilə nəticələnəcək. Sadəcə ərim üçün ambrazura getdim”, – Svetlana deyir.
O bildirir ki, gələcək seçkilərdə namizədliyə namizəd kimi qeydiyyata alınmayacağına demək olar əmin imiş.
“Düşünürəm ki, təşəbbüs qrupunu mənə gülmək üçün qeydiyyatdan keçirdilər: görək kim gəlib sənə imza verəcək”.
Amma nəticədə ona imza vermək üçün insanlar növbəyə düzülüb.
İnsanlarla danışan adam
Svetlana ərinin necə populyar olduğu haqda danışır. Onun sözlərinə görə, ərinin video-bloqu siyasi olmayıb.
Ümumiyyətlə Sergeyi YouTube kanalı açmağa kənddə yarıuçuq ev almaqarı sövq edib. O, evi bərpa etmək və aqroturizmlə məşğul olmaq istəyib. Amma məlum olub ki, hər şey o qədər də asan deyil – absurd qanunlara və məmurların laqeydliyinə görə ona iki il lazım oldu ki, evi mülkiyyət kimi qeydiyyatdan keçirsin və bərpası üçün icazə alsın.
Nəticədə video-bloq vasitəsilə Tixonovski öz şəxsi hekayəsini danışmaq qərarına gəlir.
“Sonra Sergey insanları öz həyatları haqda danışmağa dəvət edirdi. Da sonra isə özü ölkəni gəzməyə başladı, beləcə yürüdü-getdi… Sergey insanlarla ünsiyyətdə olduqca onlar həyatlarının necə çətin olduğunu danışdıqca bloq siyasiləşməyə başladı.
Artıq çoxdandır ki heç kim insanların necə yaşadığını soruşmur. Heç kin onlarla maraqlanmır. Heç kim onlarla danışmır…
Birdən bir adam gəlir. Lap o eləcə video çəksə də, amma onları dinləyir. Bu insanlar ona maraqlıdır. İnsanlar isə bəlkə də sadəcə ürəyini boşaltmaq istəyir – neçə ildən sonra ilk dəfə. Bütün bu müddət ərzində onlar necə ağır şəraitdə yaşadıqları haqda kimə danışa bilərdilər?”
“Təslim olmaq olmaz”
Svetlana üçün siyasət çətindir, bir tərəfdən də təkcə əri və özü üçün yox, uşaqları üçün də narahhat olmalı olur. Amma o hesba edir ki, geriyə yol yoxdur.
“Əlbəttə, mən istəyərdim ki, bu mərhələ həyatımda olmasın. …Amma mən təslim olsaydım yalnız Sergeyə əəyanət etmiş olmazdım. Məhz o, məni başa düşərdi. Amma növbələrdə göözləyə, özünü riskə atan, Sergeyə inanan vvə mənə inanan insanlara da xəyanət edərdim”.