ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Dağlıq Qarabağ münaqişəsi tərəflərini Novruz bayramı və İsa peyğəmbərin zühurunun qeyd edilməsi münasibətilə “atəşkəs rejiminə ciddi riayət etməyə və münaqişənin kəskinləşməsindən qaçmağa çağırıb.
Münaqişənin bütün tərəfləri bu neçə ildə ilk dəfə atəşkəs məsələsi ilə bağlı yekdillik ifadə edib, səfir Kaspşikin təklifini dəstəkləyən bəyanatlarla çıxış ediblər. Düzdür, bütün tərəflər xüsusilə qeyd ediblər ki, əks tərəfdən də eyni münasibəti gözləyirlər.
Erməni “Facebookunda da xəbəri müzakirə ediblər. Hətta belə bir “müəllif xronologiyası da ortaya çıxıb (post müəllifinin terminologiyası olduğu kimi saxlanılıb):
• 15 mart – İstanbulda terror aktı və Əliyevin Türkiyəyə “vida səfəri; • 16 mart – Putin qoşunları Suriyadan geri çağırır; • 17 mart – Əliyev Mirqədirovu azadlığa buraxır və onun bu addımı Dövlət Departamenti və Avropa İttifaqı tərəfindən alqışlanır; • 18 mart – Ermənistan və Azərbaycan bu neçə ildə ilk dəfə atəşkəslə bağlı razılığa gəlir; • 22 marta – Kerri Moskvaya səfər edir; • 31 mart – Vaşinqtonda Əliyev-Sarkisyan danışıqları; • Aprelin əvvəlində Lavrov Qarabağ münaqişəsinin müzakirəsi üçün Bakıya gedir.
Bu postun cavabında belə bir reaksiya da vardı: “Nədir, bəlkə də Qarabağ münaqişəsi həll olunur? Ümumilikdə isə diskussiya zamanı bu fikri dəstəkləmədilər – ümidsizlik həddən artıq böyükdür və məsələnin ümumiyyətlə, xüsusən də tezliklə həllinə inanmaq çətindir.
Martın 20-dən 24-nə qədər Azərbaycanda yerli Yeni il olan Novruz bayramını qeyd edirlər.
Martın 27-də Erməni Apostol Kilsəsi İsa Peyğəmbərin zühurunu, Pasxanı qeyd edir.