Sən kəndə getməyəndə də kənd sənin yanına gəlir. Batumidə də belə oldu. Bu, dənizkənarı şəhər bir günlük qəşəng bir acar kəndinə çevrildi – torpağın payız məhsulları ilə doldu, yaddan çıxan ənənələr canlandı və unikal acar folkloru səsləndirildi.
“Qandaqana kənd turizmi festivalı Batumi sakinləri və şəhərin qonaqları üçün əsl bayrama çevrildi.
Şəhərin mərkəzində Noe babanın Maçaxela dərəsindən gətirdiyi 150 yaşı olan anbar; Xixadziri kəndindən “ərgin pendir, şirniyyat, Maçaxelinin “pivəli pendiri, Kobuletidən təbii bal; Kedada Şervaşidzenin maranisində hazırlanan çəhrayı “çxaveri qoydular; elə oradaca qışa yun corab və isti paltar toxuyan Meriko nənə və qonaqları ənənəvi tütün hazırlamaq metoduna öyrədən Həsən baba varıydı.