Barekendan – erməni karnavalı
Maskalar, xalq mahnı və rəqsləri, ən əsası isə əla əhval-ruhiyyə – dindar və o qədər də inanclı olmayan yerevanlılar üçün Barekendan bayramının əsas atributları məhz bunlardır. Qədim zamanlarda bu bayram yazın gəlişindən xəbər verirdi.
Erməni Apostol kilsəsi hər il xüsusi olaraq bu bayramın qeyd olunacağı günü elan edir. Dəyişməz qalan isə odur ki, bu bayram Böyük pəhrizdən mütləq bir gün əvvələ düşür. Buna görə də Barekendan vaxtı ancaq karnavalda şənlənmək deyil, həm də uzun müddətli, 48 günlük pəhriz saxlamağa hazırlaşaraq, zəngin süfrələr açmaq adətdir.
Erməni Apostol Kilsəsinin Ararat yeparxiyası adətən şənliyin əsas təşkilatçısı rolunda çıxış edir. Maskalı gənclər də həmişə mahnı və rəqslərlə bayramı Müqəddəs Sarkis kilsəsinin (Ararat yeparxiyasının ibadətgahı) yanında qeyd etməyə başlayır. Amma bayram əlbəttə ki, sadəcə Yerevanda yox, bütün Ermənistan qeyd olunur.