Yazıçı Akunin Bakıya öz növbəti detektivi üçün material toplamağa gələndə səfərinin nəticəsində şəhərə gözəl bir mədhiyyə yazdı. Başqa şeylərlə yanaşı o həm də qeyd etdi ki, Bakı daha çox itlər deyil, pişiklər şəhəridir.
Və bu, doğru fikirdir. Əlbəttə, burada it sevənlər də var, amma bu daha nadir haldır.
Azərbaycanlılar ümumiyyətlə pişiklərə itlərdən daha loyal yanaşır. Buna görə də kababxananın böyür-başında fırlanan bir neçə kök pişik görmək adi haldır, elə küçədə də hər addım başı pişiklərə rast gəlirsən.
Rəvayətə görə, bir dəfə Məhəmməd Peyğəmbər üzərində yatan pişiyi narahat etməmək üçün öz əbasının ətəyini kəsib. Odur ki, bu heyvanlara qayğı ilə yanaşmaq İslamda təqdir edilən əməldir. Ola bilsin, bu da pişiklərin Bakı küçələrində güzəranının xoş keçməsinə kömək edir.
İçərişəhərdə
Bu pişik ev quşları üçün böyük yem anbarını mühafizə edir. Foto Buzovna qəsəbəsində güclü yağışın altında çəkilib.
Şəhər pişikləri üçün ov yemək tapmaq üsulundan daha çox əyləncə növüdür. Onların əsas rasionu adamların verdiyi yeməkdir.
Bu pişiklər adətən olduğu kimi, kafenin yanında deyil, Əhmədlidə yerləşən gözəllik salonunun yanında yaşayırlar. Salonun sahibəsi girişin ağzındakı zibil vedrəsini hansısa bəd niyyətlə çəkib-çəkmədiyimizi aydınlaşdırmaq üçün çölə qaçır. Ancaq pişikləri çəkdiyimizə əmin olandan sonra – indi insanlardan nə desən gözləmək olar – deyib iş başına qayıdır.
Pişiklərə loyal münasibət barədə danışarkən, heç də hər azərbaycanlı ailəsinin evdə heyvan saxlamağa hazır olmadığını da unutmaq lazım deyil və ona təkcə ona görə yox ki, bu, əziyyətli işdir.
Buna səbəb adətən ənənəvi patoloji təmizkarlıq olur. Buna görə də çoxları uşaqlıqdan pişiklərdən qorxur. Məsələn, bu qız hətta şəkil qəşəng alınsın deyə pişik balasını sığallamağa özünü məcbur edə bilmir.