Bakının nəqliyyat sistemindəki islahatların 5 yaxşı və 5 pis tərəfi
İlk olaraq yaxşı xəbərlərdən başlayaq:
Pul ilə ödəmə qəbul edilmir
Bakılılar avtobuslarda vahid kart sistemi ilə ödəniş etməyə başlayıblar. Bu ilk öncə ona görə yaxşıdır ki, sürücülərə “çatan xırda pullar büdcəyə daxil olacaq. Əvvələr bu səbəbdən real gəlirləri müəyyən etmək mümkün olmurdu. Buna görə də vergi hesablanması dəqiq aparılmırdı. İndi isə vəziyyət başqadır.
Avtobusların bir –biri ilə ötüşməsinin qarşısı alınacaq
Bir neçə ay əvvəl Bakıda avtobusla hərəkət etmək təhlükəli bir iş idi. Sürücülər bir –birini qovmaqla daha çox gəlir eldə edib, onların qarşısına qoyulan planı doldurmağa çalışırdı. Bu isə bəzən insan tələfatı ilə nəticələnirdi. Bakı Şəhər Baş polis idarəsinin yaydıığı məlumatda bildirilir ki, 2015-ci ilin ilk aylarından başlayaraq, atobusların iştirakı ilə paytaxtda 33yol nəqliyyat hadisəsi baş vermişdir ki, bunun nəticəsində 9 nəfər həlak olmuş, 33 nəfər isə xəsarət almışdır. İndi sə plan məsələsi ləğv olunub. Yəni, bir – biri ilə ötüşməyin heç bir mənası yoxdur. Avtobusda hərəkət isə daha təhlükəsiz olub.
İndi harda enəcəyini bilmək lazımdır
Əgər əvvələr avtobusu harada istəyirdinizsə- yüksək sürətli yolda, öz binanızın yanında saxlatdırıb düşə bilirdinizsə, artıq bu kimi üstünlüklərdən məhrum olacaqsız. Avtobus sürücülərinin dayanacaqdan kənar yerdə saxlaması qəti şəkildə qadağandır və buna kamera –müşahidə sistemi ilə ciddi nəzarət olunur.
Dəqiq avtobuslar
Bakılılar müsbət mənada təəcüblənib: sən demə, 15-20 dəqiqə və daha çox avtobus gözləyib nə zaman gələcəyini düşünməyə ehtiyac yox imiş. Şəhər avtobuslarının qrafiki dəqiq yoxlanılır və bunun sayəsində onlar müəyyən cədvəl üzrə hərəkət edirlər.
Rahat avtobuslar
Sürücülər salonda siqaret çəkmir! Bunu əldə eldə edlmiş müsbət nailiyətlərdən biri hesab etmək olar, lakin bu avtobusların daha bir müsbət tərəfi də var: onlar kondisioner və isidici sistemlərlə təhciz olunub. Bundan əvvəlki illərin mənfi təcrübələri göstərir ki, istənilən rahatlıq və gözəlliyi asanlıqla yox etmək mümkündü, lakin bakılılar ümüdlərini itirməyiblər.
Sevinməyə tələsməyin, indi biz məsələnin pis tərəflərini göstərəcəyik.
Marşrut sayı olduqca azdır
Bu marşrutların ən birinci mənfi cəhəti odur ki, onlar hava limanından şəhər mərkəzi daxil olmaqla, yalnız üç istiqamətdə fəaliyyət göstərir. Bildiyiniz kimi, Avropa oyunları zamanı bir çox marşrut xətti ləğv olunmuşdur və bu prosses hələ də davam edir. Ləğv olunan avtobusların yerinə Baku BUS avtobusları xəttə çıxarılmalı idilər. Məsələnin ironiya doğurən sualı odur ki, nə üçün yeni xətt açılmamış köhnə marşurut xətti ləğv olunur. Hətta onların yerini yeni, rahat avtobusların tutacağını düşünsək belə bu olduqca mənfi haldır.
Marşurutlarda qarışıqlıq
Marşurut sayı azalıb, ancaq mənzil başına yetişmək lazımdır. Çoxlu yeniliklər var və bir çox hallarda bu qarışıqlığa səbəb olur. Öyrəşdiyimiz marşurut nömrələri artıq ləğv olunub, yenilərinin hərəkət istiqaməti isə elə müəyyənləşdirilib ki, mənzil başına çatmaq üçün bir neçə avtobus dəyişməli olurasan. İnsanlar vaxtını, pulu və əsəblərini itirir.
Kartlardan istifadə problemi
Güman ki bir çoxları belə düşünür, yoxsa kartlardan normal qaydada istifadə edərdilər. Lakin, bir çoxları nəinki kartdan istifadəni bilmir, hətta öyrənmək belə istəmirlər. İnsanların narazılığına səbəb olan amillərdən biri də kartın 2 manat ( 2 dollar) olmasıdır. Buna görə də insanların bir çoxu əvvəlki qaydada ödəməyə üstünlük verir- onlar kartı olan digər sərnişinlərə 20 qəpik ( 20 sent) verməklə onları da keçirməyi xahiş edir.
Qapılardan istifadə problemi
Qaydalara görə avtobusa ön qapıdan girib, ödənişi edib arxa qapıdan düşmək lazımdır. Günorta saatlarında bu qayda işləyə bilər ancaq sıxlığın çox olduğu müəyyən saatlarda, avtobus gözləməkdən yorulan insanlar bütün qapılardan içəri daxil olmağa çalışır. Sürücünün məsləhətləri dinlənilmir, sürücü hirslənir və dava- dalaş başlanır. Heç kim bilmir ki, nə qədər adam ödəniş etmədən gedir. Daha bir əngəl ödəmə aparatının bir dənə olmasıdır. Sıxlıq olan zamanlarda apparata yaxın düşmək belə olmur.
İxtisaslı sürücülər yoxdur
Sürücülər, hələ indi – marşrut sayı məhdud olduğu vaxtda da azdır. Azərbaycanın feysbuk şəbəkəsində avtobus sürücülərinin hansı dayanacaqda saxlamaq lazım olduğunu bilmədiyi, bir çoxunun iş zamanı siqaret çəkdiyi barədə paylaşımlar edilir.