Bakı Nəqliyyat Agentliyinin (BNA) 2020-ci ildə Bakıda piyadalar üçün 500 yeni yol nişanı quraşdıracaq. Həmin nişanların biri büdcəyə 1840 manata (1082 ABŞ dollarına) başa gələcək. Müqavilənin ümumi dəyəri 920 min manatdır.
Yenisabah.az saytı apardığı araşdırmadan sonra iddia edir ki, “həmin nişanlar Avropanın ən bahalı ölkələrindən olan Almaniyada cəmi 32 avro (60 manat), Rusiyada isə 850-950 rubl [25 manat] qiymətinə satılır”.
BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə KİV-ləri qərəzli məlumat yaymaqda ittiham edib. “Bu lövhə bizim aldığmız yol lövhəsi deyil”.
Yenisabah isə öz mövqeyində qaldığını bildirir və iddia edir ki, belə nişanın ən bahası 216 avrodur.