Bakıda yanğın 46 məcburi köçkün ailəsini evsiz qoyub
Paylaşmaq
Paylaşmaq
Bakının Binəqədi rayonunda üçmərtəbəli binada yanğın baş verib. Ölən və yaralanan yoxdur, 150 nəfər evakuasiya edilib. Binanın ikinci və üçüncü mərtəbəsində Fizuli rayonundan məcbur köçkünlər yaşayır, birinci mərtəbəsində isə onların övladlarının oxuduğu 45 saylı məktəb yerləşirdi.
Fizuli rayonu Dağlıq Qarabağ ətrafında Azərbaycan ərazisidir. Qarabağ müharibəsi nəticəsində 1993-cü ildə rayonun şimal-qərb hissəsi Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçib. Həmin vaxtdan (25 il) rayonun bu hissəsinin əhalisi məcburi köçkün həyatı yaşayır. Onlardan çoxu hələ də keçmiş sanatoriya binalarında, yataqxalanarda məskulaşıb.
Yanmış bina Neft-Qaz Hasilatı İdarəsinə məxsusdur. Yanğın zamanı üçüncü mərtəbədəki otaqlar, taxta arakəsmələr, dəhliz və dam örtüyünün bir hissəsi yanıb. Alov söndürülüb, yanğın səbəbləri aydınlaşdırılır, evakuasiya olunmuş 46 ailə isə müvəqqəti olaraq başqa yerə yerləşdirilib.