Bakıda süpürgəçilər daha ölməyəcək
Bakıya Almaniya istehsalı olan 10 təmizlik maşını gətirilib. Onlardan küçələrin təmizliyinin qorunması üçün istifadə ediləcək və bu da indiyə kimi asfaltı köhnə üsullarla – əl əməyi ilə süpürən süpürgəçilərin çiynindən yükün bir hissəsini götürəcək.
Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib ki, bu texnikanın yeni partiyası da yaxın zamanlarda gətiriləcək. Bu isə o deməkdir ki, əsas magistral yollarının və prospektlərin yığışdırılması bütünlüklə avtomatlaşdırılacaq. Bu, gerçəkləşdirilməsi üçün avropalı ekspertlərin cəlb edildiyi proqram çərçivəsində baş verir.
Ola bilsin ki, bu son zamanlar Bakıda eyni ssenari üzrə tez-tez baş verən yaşlı qadın süpürgəçilərin ölüm hallarına son qoyacaq. Həmin ölüm hallarını cəmiyyətdə artıq “seriyalı qətllər” adlandırırdılar. Bir neçə qadın süpürgəçi sürətli avtomagistralları süpürdükləri vaxt maşınlar tərəfindən vurulmuşdular. Hər dəfə KİV-də növbəti belə hadisənin baş verməsi barədə məlumat dərc edildikdən sonra şəhər sakinləri hiddətlə bildirirdilər ki, bu biabırçılıqdır və müvafiq texnika alınmalıdır. Budur, nəhayət, texnikanın alınmasından sonra narazılıq üçün yeni səbəb tapılıb.
“İndi belə çıxır ki. bu qadınlar işsiz qalacaq? Bəs nəyin hesabına yaşayacaqlar?”
“Əlbəttə… Əvvəlcə bu qədər adamı öldürdülər, indi isə maşın gətirirlər…”
Bu qəbildən şərhlər artıq sosial şəbəkələrdə peyda olub.