Bakıda yürüşdə saxlanılan jurnalistlər 48 saat sonra azad edilib
Bakıda yürüşdə saxlanılan jurnalistlər 48 saat sonra azad edilib
Milli Məclisin qarşısında iyulun 14-də şəhidlərə dəstək məqsədilə keçirilən yürüşdə saxlanılan jurnalistlər Anar Abdulla, Firudin Səlimov və Elvin Cəbizadədən 48 saatdan çoxdur ki, xəbər yoxdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov “Mikroskop media”ya deyib ki, onlar hadisə ilə bağlı araşdırmaya cəlb olunublar.
Hadisə zamanı jurnalistlərin niyə saxlanılması barədə suala isə DİN rəsmisi belə cavab verib:
“Hansı cinayət məcəlləsində yazılıb ki, jurnalist nə istəsə edə bilər? Onlar da vətəndaşdır, hər kəs kimi məsuliyyətə cəlb oluna bilər. Onların saxlanması da o demək deyil ki, cinayət törədiblər.
Sadəcə, araşdırma aparılır. Kimin nə dərəcədə təqsirinin olub-olmaması araşdırılır. Təqsiri olmayan sərbəst buraxılacaq”.
Saxlanılan jurlanistlərin müvəqqəti saxlanma yerindəki şəraiti ilə bağlı isə E.Zahidov bildirib ki, orada dəmir barmaqlıq araxasında saxlanmırlar, polis idarəsinin inzibati binasındadırlar.
Saxlanılanlarla yanaşı, orada polis əməkdaşı da qalır.
İyulun 14-də Bakıda Qarabağa dəstək yürüşü başlayıb və minlərlə Bakı sakini Milli Məclisin qarşısına toplanıb. Səhər saatlarına qədər davam edən yürüşü işıqlandırmaq üçün hadisə yerinə gedən jurnalistlər Anar Abdulla və Firudin Səlimov saxlanılıblar. İyulun 15-də səhər saatlarında saxlansa da, 48 saatdan artıq müddət ərzində onlardan xəbər almaq mümkün olmayıb.
Vəkil Elçin Sadıqov deyir ki, jurnalistlərə vəkillə görüşmək üçün şərait yaradılmır. Onun sözlərinə görə, onlar 48 saatdan artıqdır ki, qanunsuz olaraq həbsdədirlər və hələ də məhkəməyə çıxarılmayıblar.
Bu isə Konstitusiyanın 28-ci, İnsan Hüquqları Konvensiyasının 5-ci, İnzibati Xətalar Məcəlləsinin 89-cu, Cinayət Prosesual Məcəllənin 148-ci maddələrinin kobud şəkildə pozulmasıdır