Bakıda rəqs edən müəllimə: bəziləri qınayır, bəziləri isə rəqs edərək dəstəkləyir
Paylaşmaq
Paylaşmaq
Bakı məktəblərindən birinin ibtidai sinif müəlliməsi Gülsüm Biləndərlinin boş sinif otağında rəqs etdiyi əks olunan video internetdə yayılandan sonra o, sosial şəbəkələrdə və mediada müzakirə mövzusuna çevrilib. Amma Təhsil Nazirliyi və bir çox həmkarları onun tərəfini tutub.
Gülsüm Biləndərlinin sözlərinə görə, bütün günü hesabat hazırlayıb, çox yorğun olub və buna görə də dincəlmək üçün musiqi qoyaraq rəqs etməyə başlayıb.
“Öz rəqsimi videoya çəkib, həmkarlarıma göndərmişəm ki, görün, bu hesabatlar məni nə həddə çatdırıb. Heç düşünməzdim ki, onlardan biri məni pis vəziyyətə qoyar”, – müəllimə deyib.
Azərbaycandamüəllimlərə qarşı tələblər bir qayda olaraq ciddidir və onlar tərəfindən istənilən azad davranış təzahürü sərt qınağa səbəb ola bilər. Hazırkı durumda isə müəllimənin rəqs etdiyi sinif otağında Xocalı faciəsinə – Qarabağ müharibəsinin ən qanlı epizodlarından birinə həsr olunmuş plakatın olması ayrıca qınağa səbəb olub.
Amma Bakıda bir çox müəllimlər sosial şəbəkələrdə Gülsüm Biləndərlinin müdafiəsinə qalxıb:
“Bunu dərs vaxtı eləməyib ki. Həm striptiz də göstərməyib. Əksinə, çox pozitiv videodur. Qoy şagirdlərdən pul alan müəllimlər, direktorlar utansınlar”.
Bəzi müəllimlər və hüquq müdafiəçiləri özləri rəqs edərək video çəkiblər, bununla da Biləndərlinin müdafiəsi üçün fleş-mob təşkil ediblər.
Təhsil Nazirliyindən isə bildirilibki, müəlliməyə qarşı heç bir iradları yoxdur.