Bakıda lazımsız paltar və ayaqqabı toplamaq üçün yeşiklər qoyulmağa başlayıb
Paylaşmaq
Paylaşmaq
Foto – Trend
Bakıda lazımsız paltar və ayaqqabıları atmaqdansa səliqə ilə qoymaq üçün xüsusi yeşiklər quraşdırılmağa başlayıb. Bu yolla toplanan əşyalar ehtiyacı olanlara paylanılacaq.
Hazırda bu yeşiklər Babək prospektində (şəhər kənarı) bir neçə yerdə quraşdırılıb, yaxın zamanda isə Bakının digər rayonlarında da quraşdırılacaq.
Yeşiklər IDEA ictimai birliyinin təşəbbüsü ilə quraşdırılıb. Təşəddüs sahibləri hesab edirlər ki, bu, ehtiyacı olanlara kömək etməklə yanaşı, şəhəri artıq zibildən də təmizləməyə imkan verəcək.
Əşyaları yeşiyə qoymazdan öncə yumaq və ya təmizləmək lazımdır.
Sosial şəbəkələrdə bu xəbər məmnunluq və şübhə qarışıq qəbul edilib. Bəzi şərhlər:
“Bir də gördün, sonra bu əşyalar sekond-hənd mağazalarında peyda oldu…”
“Yaxşı ideyadır. Amma əsas odur ki, bütün bunlar nəzarət altında olsun. Yoxsa oğurlaya da bilərlər”
“Gözəl başlanğıcdır! Avropada çoxdan belə edirlər”.