Partlayış bu gün gündüz saat dörd radələrində Bakının Binəqədi rayonu ərazisində baş verib. FHN-dən APA agentliyinə verilən məlumata görə, qaz sızması nəticəsində kafedə qaz balonu partlayıb, yanğın baş verib.
Bu cür balonlardan Bakı kənarlarındakı kiçik kafelərdə qaz təminatı kəsilən zaman və ya kafedə ümumiyyətlə qaz xətti olmayanda istifadə edilir. Partlayış baş verən həmin kafedə də qaz xətti olmayıb, Trend agentliyinə Azəriqaz-dan bildiriblər.
Kafe daş və taxtadan olan kiçik tikilidə yerləşirmiş. Məkanın bütün yanar hissələri alovlanıb.
Partlayış zamanı həlak olan kişi və qadın kafenin işçiləri olub. Daha iki nəfər hazırda Respublika Yanıq Mərkəzində ağır vəziyyətdədir.