Bakıda ilk respublikanın yüzilliyi necə qeyd olunub? JAMnews-un fotoreportajı
Azərbaycanda bu gün Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 100 illik yubileyi qeyd edilib. Bu gün rəsmi dövlət bayramı və qeyri-iş günüdür.
Bakıda vətəndaş cəmiyyəti fəalları, jurnalistlər və müxalifətçilər tərəfindən təşkil olunan bayram yürüşü müstəqillik bəyannaməsi şərəfinə lövhənin qarşısından başlayıb.
Yüzlərlə insan toplaşıb. İzdiham dənizkənarı parka doğru addımlayıb, orada isə onların qarşısını polis kordonu kəsib. Sahilə gedib çıxa bilməyən insanlar şəhərin mərkəzindəki gəzinti küçələrinə yollanıblar.
Rəsmi səviyyədə Heydər Əliyev Mərkəzində mərasim keçirilib və orada prezident İlham Əliyev çıxış edib. Axşam Baku Crystal Hall konsert zalında konsert keçirilib: giriş dəvətnamə ilə olub, amma bağlı qapılar arxasında baş verənlər ictimaiyyət üçün bulvarda quraşdırılmış böyük monitorda yayımlanıb. Axşam saat 10-da bayram atəşfəşanlığı baş tutub.