Bakıda havanı çirkləndirən restoranları cərimələməyə başlayıblar
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləmə qurğusu olmayan restoranları cərimələməyə başlayıb.
Bu ilin mayında Bakının bütün restoranları sentyabra qədər bu cür qurğular əldə etməli olduqları haqda xəbərdar edilmişdi. Amma Report-un yazdığı kimi, 88 restoran hələ də bunu eləməyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu işin üstünə düşüb: reydlər nəticəsində nazirlik nümayəndələri restoraanların tüstüsünün atmosferi nə dərəcədə çirkləndirdiyini ölçürlər və buna müvafiq olaraq, orta hesabla 3500 manata (2058 dollara yaxın) qədər cərimə yazırlar.
Reydlər yalnız restoranları deyil, həm də “şadlıq sarayı” adlanan məkanları əhatə edir. Bunlar yüzlərlə adamın yerləşdiyi toy mərasimlərinin keçirilməsi üçün xüsusi məkanlardır. Azərbaycan toylarında zəngin süfrələr açılır, odur ki, bu “şadlıq sarayları” xüsusilə çox tüstüləyir.
Ətraf Mühitin Monitorinqi Milli Departamentinin dikertoru Ramal Bağırovbildirir ki, nazirlik “humanizm nümayiş etdirmək” və təmizləyici qurğuları hələ quraşdırmamış, amma artıq istehsalçılarla müqavilə bağlayıb, çatdırılma gözləyən restoranları cərimədən azad etmək qərarına gəlib. Amma onlar yenə də filtrləri quraşdırmasalar, artıq 10 minlərlə manat cərimə ödəməli olacaqlar.
Ekologiya Nazirliyinin nümayndəsi İradə İbrahimovanın sözlərinə görə, bəzi restoranların bacasından çıxan tüstü havanı çox çirkləndirir və ətrafda yaşayan insanlara narahatlıq verir. Bu cür reydlərin əsas məqsədi isə bu restoranları cəzalandırmaq deyil, nəhayət ki, problemi aradan qaldırmaqdır. “Əgər məsələ ancaq cərimələrdə olsaydı, biz heç bir xəbərdarlıq etməzdik”, – İradə İbrahimova deyir.