Bakıdan 10 kilometr qərbdə yerləşən Bibi-Heybət qəsəbəsində sənaye üsulu ilə qazılmış dünyanın ilk neft quyusu bərpa olunub.
İlk dəfə 1846-cı ildə quyudan neft fontan vurub. O zaman quyunun dərinliyi 21 metr olub.
Aprelin 26-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilk neft quyusunun rekonstruksiyasını başa vurub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib.
Gələcəkdə bu ərazidə Azərbaycan Neft Muzeyinin yaradılması nəzərdə tutulub.
19-cu əsrdə bu quyu digər quyularla birlikdə Nobel qardaşları şirkətinin əmlakı olub.
1900-cü ilə qədər dünyada hasil edilən neftin 50 faizi Bakının payına düşürdü.
Bibi-Heybətdəki quyu “The World is not enough” Bondiana filminin kadrlarına düşüb.