Bakıda “dinləmə qalmaqalı: müxalifətçinin diplomatlarla telefon danışığının səs yazısı teleefirdə yayılıb
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Real TV telekanalı müxalifətçi Gültəkin Hacıbəylinin iki əcnəbi diplomatla danışığının səs yazısı yayılıb. Söhbət Bakıda müxalifətin mitinqinin dağıdılmasından gedib.
Tezliklə telekanal bu səs yazısının getdiyi verilişi internet saytından silib, amma qalmaqalın qarşısını ala bilməyib. İndi media və ekspertlər bunun nə olduğu haqda mübahisə edirlər: diplomatların ölkənin daxili işlərinə qarışması, yoxsa Azərbaycanın beynəlxalq konvensiyanı pozması? Tərəflərin heç biri hələlik rəsmi reaksiya verməyib.
Gültəkin Hacıbəyli. Foto: Voice of America
Səs yazısında nə əks olunub?
Oktyabrın 19-da Bakıda polis Demokratik Qüvvələrin Milli Şurasının razılaşdırılmamış mitinqini amansızca dağıdıb.
Oktyabrın 20-də isə jurnalist Mirşahin Ağayev Real TV-də apardığı verilişdə Gültəkin Hacıbəylinin əcnəbi diplomatlarla telefon danışığının səs yazısını efirə buraxıb.
Səs yazılarının birində Hacıbəyli ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı kimi təqdim olunan şəxsə baş tutmamış mitinq haqda məlumat verir.
İkinci səs yazısında o, Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi ilə üzbəüz söhbətləşir və onunla ölkədəki vəziyyəti müzakirə edir.
Ağayev bu səs yazılarının onun əlinə necə düşdüyünü izah etməyib.
Hökumətyönlü mediada tirajlanan fikrə görə, Gültəkin Hacıbəyli cəsus və informatordur, Qərb diplomatları isə ölkənin daxili işlərinə qarışır və ola bilər ki, müxalifəti “maliyyələşdirirlər”.
Hacıbəylinin özünün və ekspertlərin rəyincə, Mirşahin Ağayev diplomatik əlaqələr haqda Vyana konvensiyasını kobud şəkildə pozub.
Azərbaycan hökumətindən məsələ illə bağlı rəsmi açıqlama gəlməyib. ABŞ səfirliyi və Aİ nümayəndələyi də hələlik reaksiya verməyiblər.
Hacıbəyli məhkəməyə müraciət etmək niyyətindədir.
“Daxili işlərə qarışmaq” “qanuni informasiya toplanmasından” nə ilə fərqlənir?
Hüquqşünas Fərhad Mehdiyev BBC-ə verdiyi müsahibəsindəhadisənin diplomatik əlaqələr haqda Vyana Konvensiyasının pozulması halı sayılmasının səbəblərini izah edib.
Onun sözlərinə görə, bu konvensiya bu və ya digər ölkədə çalışan diplomatların baş verən hadisələr haqda bütün qanuni yollarla informasitya toplamaq və yaymaq haqqının olduğunu nəzərdə tutur. Əgər müxalifətçilərdən kimsə diplomatla ölkədəki hadisələr haqda danışmaq istəsə, bu da tamamilə qanunidir. Diplomatların danışığını dinləmək, üstəlik səs yazısını efirdə yaymaq isə qanun pozuntusudur.
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov hesab edir ki, hadisə Azərbaycan və ABŞ arasındakı münasibətlərə mənfi təsir göstərməyəcək.