Bakıda dələduzlar “koronavirusdan dezinfeksiya” bəhanəsi ilə pul toplayırlar
Paylaşmaq
Paylaşmaq
Naməlum dələduzlar Bakıda çoxmərtəbəli evlərin mənzillərini gəzərək sakinlərdən koronavirusdan dezinfeksiya bəhanəsi ilə pul toplayırlar. “Xidmət”in qiyməti hər mənzildən 3 manatdır (təxminən 1,7 dollar).
«Hansısa forma geymiş adamlar gəlmişdilər. Onlar pulverizatordan ətrafa nəsə səpələyirdilər və dedilər ki, binamızı koronavirusdan dezinfeksiya edirlər və buna görə pul ödəmək lazımdır», – dələduzların artıq baş çəkməyə macal tapdıqları şəhər sakinləri nəql edirlər.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri Ziyəddin Kazımov bildirir ki, bununla bağlı heç bir məlumatı yoxdur və rəhbərlik etdiyi təşkilat heç bir kütləvi dezinfeksiya tədbiri aparmır.
Kazımov məsləhət görür ki, bu cür şübhəli “dezinfektor”lar təşrif buyurarkən onların sənədləri tələb olunsun və hətta polisə müraciət edilsin.