Bakıda bloger Lapşin mühakimə edilir: prokuror 6,5 il cəza istəyib
Paylaşmaq
Paylaşmaq
İyulun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı Nəsir Bayramov bloger Aleksanr Lapşin üçün ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanmaqla altı il yarım azadlıqdan məhrumetmə cəzası istəyib.
Lapşin Dağlıq Qarabağa qanunsuz səyahət etməkdə və Azərbaycan dövlətçiliyinə qarşı çıxışlar etməkdə ittiham olunur. Cinayət Məcəlləsinə əsasən bu maddələr üzrə maksimal cəza səkkiz ildir.
Prokuror əlavə edib ki, cəzasını çəkəndən sonra Lapşin Azərbaycandan çıxarılmalıdır.
Müttəhimin vəkili Eduard Çernin bundan əvvəlki məhkəmə iclasında bildirib ki, müvəkkilinin təqsirinin sübuta yetirilmədiyi fikrindədir. O, sübut siyahısından ittiham tərəfinin 10 şahidinin ifadələrinin çıxarılması haqda vəsatət qaldırıb.
“Şahid qismində çıxış edən şəxs bilavasitə və ya dolayısı ilə konkret cinayət əməlinin şahidi olmalıdır. Amma bu şahidlər Lapşinin hər hansı əməlinin şahidi olmayıb. Onlar deyiblər ki, Lapşinin əməlləri haqda İnternet və KİV vasitəsilə məlumatlanıblar. Şahidlər – Şuşa rayonundan olan məcburi köçkünlər Qarabağ müharibəsi zamanı çəkdikləri əzab haqda danışıblar. Amma bu müharibə bizim dövrümüzdə baş verib və bizim hər birimiz şahid ola bilərik. Buna görə də, bu ifadələrin Lapşinə qarşı irəli sürülmüş ittihamın mahiyyətinə aidiyyətinin olmadığını nəzərə alaraq onların sübut siyahısından çıxarılmasını xahiş edirəm”, – “Kavkazskiy uzel” vəkilə istinadən yazır.
Prokurorun ittiham çıxışından sonra vəkil Çernin müdafiə çıxışı hazırlamaq üçün məhkəmədən ona vaxt verilməsini xahiş edib. Məhkəmənin növbəti iclası iyulun 19-a təyin edilib.
“Ötkəm blogerin” işi haqda daha ətraflı JAMnews-un materialında oxumaq olar: