Nəriman Nərimanov adına metro stansiyası yaxınlığında yerləşən altımərtəbəli AFEN Plaza biznes mərkəzinin damı yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən maşınları gəlib. Onlar insanları binadan təxliyə edir və yanğını söndürməyə çalışırlar. Zərərçəkənlər haqqında hələlik heç bir məlumat yoxdur.