Bakıda bədii gimnastika üzrə dünya çempionatı: 61 ölkədən 300-dən artıq gimnast qız
Paylaşmaq
Paylaşmaq
Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı keçirilir. Onun qalibləri “Tokio 2020” Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar. Çempionat son 14 il ərzində ilk dəfədir ki, Azərbaycanda təşkil olunub. Buna baxmayaraq, o, cəmiyyətdə heç bir xüsusi maraq doğurmayıb.
Çempionatda 61 ölkədən 300-dən artıq gimnast qız iştirak edir. Azərbaycanı doqquz idmançı təmsil edir.
Açılış mərasimində yerli və regional əhəmiyyətli bir neçə ulduz, o cümlədən müğənni, prezident Əliyevin keçmiş kürəkəni, hazırda özünə dünya karyerası quran Emin Ağalarov iştirak edib.
Hələ çempionatın açılışında şərq nağılının motivləri əsasında teatral tamaşa nümayiş etdirildi.
Açılış mərasimini təqdim edərkən bəzi saytlar təmtəraqlı təşbehlərdən istifadə etdilər, digərləri isə faktların quruca sadalanması ilə kifayətləndilər. Publika isə çempoionata hələlik, demək olar ki, heç bir maraq göstərmir. Sosial şəbəkələrdə bu mövzu, ümumiyyətlə, yada düşməyib – yeni tədris ilinin başlanması və bununla bağlı yollarda tıxaclar və ictimai nəqliyyatdakı basabas onu arxa plana keçirib.
Üstün idman növü
Azərbaycanda gimnastika üstün idman növüdür. Gimnastika federasiyasına ölkənin birinci xanımı və birinci vitse-prezident Mehriban Əliyeva başçılıq edir və bu idman növünün inkişafı üçün vəsait əsirgəmirlər.
Bu, özünü həm “idman infrastrukturu”nun (stadionlar, məşq bazaları) tikintisində, həm də müxtəlif beynəlxalq yarışların (məsələn, Avropa çempionatının) keçirilməsində büruzə verir.
2016-cı ildə Mehriban Əliyeva Avropada idmanın inkişafında və Olimpiya hərəkatında xüsusi xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin “Yüksək ordeni” ilə təltif edilib.
Azərbaycanlı gimnast qızlar (onlardan bəziləri Rusiyadan və Ukraynadan gəlmiş legionerlərdir) yarışlarda tez-tez mükafata layiq yerlər tuturlar. Ən “təzə” medallar – avqust ayında “World Challenge Cup” turnirinin keçirildiyi Rumıniyadan gətirilmiş gümüş və bürüncdür.
Lakin geniş ictimaiyyətin bu idman növünə marağını artırmaq hələlik alınmır.
İctimaiyyət futbola baxmaqda cə almaqallı dağıstanlı güləşçi Həbib Nurməhəmmədovun döyüşlərini izləməkdə davam edir.
Bircə onu qeyd etmək olar ki, valideynlər kiçik yaşlı qızlarını gimnastika bölmələrinə daha həvəslə yazdırmağa başlayıblar.