Bakı: yeni həbslər
Bakıda siyasi fəalların həbsləri davam edir. Avqustun 14-nə keçən gecə müxalifi siyasətçi Natiq Cəfərli həbs olundu. Avqustun 15-də dörd gənc fəal saxlanıldı.
Həbs, yoxsa oğurluq?
Axşam saat səkkiz radələrində “ReAl hərəkatının üzvləri Elşad Qasımov və Toğrul İsmayılov saxlanılıb.
Hüquq müdafiəçisi Rəsul Cəfərovun sözlərinə görə, Qasımov “İçərişəhər metro stansiyası yaxınlığında mülki geyimli şəxslər tərəfindən saxlanılıb. O, Qasımovun qohumlarına istinadən bildirib ki, itəndən 40 dəqiqə əvvəl Qasımov qardaşına zəng edərək təqib olunduğuna görə telefonu söndürəcəyini deyib.
İsmayılov da təxminən həmin vaxt yoxa çıxıb.
Nə qohumlar, nə də vəkillər onların harada olduqlarını bilmirdi.
22:00 radələrində Cəfərov aşağıdakıları deyib: “Biz, dostlar və hüquq müdafiəçiləri onları axtarıb tapmağa çalışırıq. Şəhər polis şöbəsində, Nərimanov və Xətai məhkəmələrində olduq, indi daha bir neçə yerə gedirik. Hər iki halda yanlarında tanış adamlar olmasaydı, biz ümumiyyətlə onların oğurlandıqlarını bilməzdik. Onların yeri barədə nə qohumlara, nə vəkillərə, nə də dostlara məlumat veriblər.
Gecəyarı onlar Qasımov və İsmayılovu 9-cu bölmədə tapdılar.
Bundan öncə, ayın 15-də daha iki nəfər saxlanılıb.
Hüquq müdafiəçisi və keçmiş siyasi məhbus Bəşir Süleymanlı birinci olaraq “NİDA hərəkatının üzvü Elgiz Qəhrəmanlının həbsi barədə məlumat verdi. Onun sözlərinə görə, fəal Nərimanov rayon məhkəməsinə gətirilib, burada axşam saat beş radələrində onun barəsində 234 maddə (narkotik saxlamaq) ilə 4 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.
Bundan bir az da əvvəl, elə həmin gün daha bir keçmiş siyasi məhbus, ictimai fəal Bəxtiyar Hacıyev saxlanılıb. Telefonu söndürülənə qədər o “Turan agentliyinə bildirib ki, ötən gün avtomobili heç bir izahat verilmədən evakuasiya olunub. Növbəti gün o, bunun səbəbini aydınlaşdırmağa çalışarkən, polis əməkdaşı onu vuraraq, köynəyini cırıb. Vəkili Adəm Məmmədov bildirib ki, Hacıyev xuliqanlıqda ittiham olunur. Saat 22:19-da trend.az saytı xırda xuliqanlıqda ittiham olunan bloqqer Bəxtiyar Hacıyevin işi ilə bağlı məhkəmənin keçirilməsi haqda məlumat verib. Müdafiə tərəfi müşahidə kameralarının yazısını göstərməyi tələb edib ki, bu da sabah olacaq.
Bundan öncə, avqustun 13-dən 14-nə keçən gecə “ReAl ictimai-siyasi hərəkatının idarə heyətinin üzvü Natiq Cəfərli həbs olunub. O, qanunsuz sahibkarlıq və xidməti vəzifələrindən sui-istifadə ittihamları ilə 4 ay müddətinə həbs edilib. Avqustun 15-də Natiq Cəfərliyə hələ də vəkili Cavad Cavadovla görüşməyə imkan verməyiblər. “Baş Prokurorluq Cəfərlinin guya verdiyi etiraf ifadəsini yayaraq, təqsirsizlik prezumpsiyasını pozub, – vəkil deyir.
Cəfərli artıq dördüncü ildir ki, həbsdə olan “ReAl hərəkatının lideri İlqar Məmmədovun müavinidir.
Rəsmi versiya
Baş Prokurorluğun bəyanatını iqtidar yönlü mətbuat qərəzli başlıqlar altında yayıb. Baş prokurorluğun bəyanatında deyilir: “Natiq Cəfərov qrant vəsaitini dostu, eyni zamanda həmin dövrdə ReAl Hərəkatının həmsədri olan İlqar Məmmədovun köməyilə mənfəət əldə etmək məqsədilə aldığını və fiziki şəxs kimi xərclədiyini təsdiq edib.
Elə həmin gün (avqustun 15-də) Baş Prokurorluq daha bir bəyanat yayıb, burada rəsmi olaraq prokurorluğun ABŞ-da yaşayan türkiyəli siyasi mühacir, Türkiyə hakimiyyətinin dövlət çevrilişi cəhdinin təşkilatçısı hesab etdiyi Fətullah Gülənin tərəfdarlarına qarşı mübarizəyə başladığı bildirilir. “Fətullah Gülənin terror təşkilatı tərəfdarlarının Azərbaycan Respublikasında qanunsuz hərəkətlərinin qarşısının alınması məqsədilə ölkənin Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, – bunu RİA-Novosti agentliyinə Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov deyib. Eyni zamanda iqtidar yönlü haqqin.az saytı həbs olunanlardan birini – Elgiz Qəhrəmanlını, eyni zamanda müxalifətçi AXCP başçısı Əli Kərimlini gülənçi adlandırıb.
Elə həmin haqqin.az Bəxtiyar Hacıyevin də haqqında “ifşaedici” məqalə yazıb. Özü də görünür, Hacıyevlə yol polisi işçisi arasında yaranan münaqişə müəllifə o dərəcədə təsir edib ki, o “cinayətkarın motivləri və ümumilikdə şəxsiyyəti barədə uzun-uzadı düşüncələrə dalıb.
“Əslində, bütün bu həbslər həbs olunanların ictimai və siyasi fəaliyyəti ilə bağlıdır, irəli sürülən ittihamlar isə bəhanədən başqa bir şey deyil, – hüquq müdafiəçisi Rəsul Cəfərov deyir. O, həm də həbsləri “ReAlın sentyabrın 26-da keçiriləcək referendum nəticəsində baş verəcək konstitusiya dəyişikliklərinin qəbul olunmasına qarşı kampaniyaya başlaması ilə bağlayır.
Şəbəkədə reaksiya
“1991-ci il martın 17-dən əvvəl AzTV-də çıxış edən məmurların SSRİ-nin qalması ilə bağlı referendumu “referendurum adlandırdıqlarını xatırlayıram. Bu referendurumun artıq beş qurbanı var. Elə günü sabah gedib “ReAla üzv olmaq üçün əllərim geyişir.
Və bu statusa cavab: “Normal insanın əlləri geyişməli olduğu yeganə Real Real Madriddir. Bütün qalan reallar real deyil.
Təbii ki, həbs olunanların ünvanına dəstək də ifadə olunub, amma həmişə olduğu kimi, dəstək əsasən həmkarlar və tanışlardan gəlib.
Dərc edilib 16.08.2016