“Bəzi şəhər pabları xarici azarkeş axınına xidmət göstərməyə hazır deyil. Onlar lazımi səviyyədə işləməyiblər. Bəzilərində pivə bitib. Ümid edirəm ki, Avropa Çempionatı zamanı bu məqamlar nəzərə alınacaq”, – AzərbaycanFutbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov deyib.
Söhbət Avropa Liqasının 2019-cu ilin mayında Bakıda keçirilən finalından gedir. Məmmədovun sözlərinə görə, bu tədbirlə əlaqədar olaraq şəhəri üç gün ərzində 38 min əcnəbi azarkeş ziyarət edib.
2020-ci ilin yayında Bakıda futbol üzrə Avropa Çempionatının dörd oyunu keçiriləcək və AFFA nümayəndəsi ümid edir ki, o zamana qədər pablar hazırlaşa biləcək.