Bakı marafonunun iştirakçıları “küləyə qalib gəlməyə” çalışıblar
Paylaşmaq
Paylaşmaq
“Küləyə qalib gəl” şüarı altında keçirilən İkinci Bakı Marafonu aprelin 30-da səhər Dövlət Bayrağı Meydanından start götürüb, 4.5 saat sonra Olimpiya Stadionunda finişə çatıb.
Qaçışda 13 minə yaxın adam iştirak edib, onlardan minə yaxını on müxtəlif ölkədən olan əcnəbilərdir. Bu, ötən illə müqayisədə demək olar ki, iki dəfə çoxdur. Ən yaşlı qaçışçı bakılı Asya Abdullayevadır, onun 81 yaşı var.
Qaçışda Türkiyə vətəndaşları qalib olub. Kişilər arasında ən yaxşı göstəricini Veysi Aslan, qadınlar arasında isə Yayla Kılıc nümayiş etdirib. Qaliblərə Heydər Əliyev Fondu adından hədiyyələr, medallar və sertifikatlar təqdim olunub.
Marafon iştirakçıları arasında çox sayda tanınmış ictimai xadim, o cümlədən də baş nazirin müavini, üç nazir və Azərbaycan prezidentinin hər iki qızı olub.