Bakı Avropada meri olmayan yeganə paytaxtdır
Bakı Avropada meri – bələdiyyə sədri olmayan yeganə paytaxtdır. Ekspertlərin fikrincə, seçilmiş şəhər rəhbərinin olmaması Azərbaycanın əhalisi ən çox olan yaşayış məntəqəsində çox sayda problem yaradır. Bakının statusu haqda qanun hələ də qəbul olunmayıb.
Mövcud olmayan qanun
Müasir dünyada böyük şəhərlərin doğru idarə olunmasının əsas şərtlərindən biri sakinlərin yaranan problemlərin həllində iştirakıdır. Bu cür iştirak isə seçicilərin formalaşdırdığı orqanın mövcud olması ilə şərtlənib. Bu haqda Azərbaycan parlamentinin deputatı Erkin Qədirli danışıb.
“Hələ 2000-ci ildə Azərbaycanda ərazi-inzibati idarəetmə haqda qanun qəbul edilib. Həmin sənədin 5-ci maddəsinə əsasən, ölkənin paytaxtı – Bakı şəhəri ilə əlaqədar məsələləri nizamlamayan ayrıca qanun qəbul olunmalıdır.
Amma qanun qəbul ediləndən 21 il sonra biz qeyd etməliyik ki, Bakının statusu haqda qanun hələ də yoxdur. Azərbaycan da hazırda Avropa Şurasına üzv olan yeganə ölkədir ki, paytaxtının meri yoxdur.
İşğal, müharibə vardı… Biz bu çətinlikləri başa düşürük, amma bütün bunlar artıq geridədir. İndi bu çatışmazlıqdan necə qurtulmaq haqda ciddi düşünmək lazımdır”, – parlament üzvü deyib.
“Bakı xaotik idarə olunur”
Müxalif Resbublikaçı Alternativ partiyasının liderlərindən biri Natiq Cəfərli də partiyadaşı olan deputatın bu fikirlərini dəstəkləyir: “Paytaxta maksimum müstəqil status və operativ məsələlərin həlli üçün yetərli büdcə vəsaiti lazımdır”.
Bu cür yanaşma zamanı seçicilər, şəhər əhalisi arasında bilavasitə əlaqə yaranır və şəhər rəhbərliyi, mer onu seçənlər arasında birbaşa məsuliyyət daşıyır – Cəfərli hesab edir.
“Mer şəhər əhalisi qarşısında öhdəliklərini yerinə yetirməlidir, çünki bir müddət sonra daha bir müddətə seçilmək istəyəcək.
İndi bizim əlimizdə nə var? Bütün nazirliklər və qurumlar Bakıda yerləşir və hamısı ayrı-ayrılıqda paytaxtda yaranan problemləri həll edirlər, heç bir mərkəzləşdirilmiş yanaşma olmadan. Başqa sözlə, paytaxt xaotik idarə olunur”, – o qeyd edib.
Hazırda Bakı rəhbəri nominal olaraq prezidentin təyin etdiyi şəhər icra hakimiyyətinin başçısı hesab olunur.