Azərbaycanın Buta Airways loukosteri Avropa İttifaqı ölkələrinə mütəmadi uçuşlara başlayır
Paylaşmaq
Paylaşmaq
Oktyabrın 13-də Azərbaycan prezidenti İlham Əliyev və Bolqarıstan prezidenti Rumena Radeva Bakı və Sofiya arasında hava yolunun açılması haqda razılıq əldə ediblər.
Uçuşlar Buta Airways kiçik büdcəli aviaşirkəti tərəfindən 2018-ci il yanvarın 16-dan həyata keçilməyə başlayacaq. Bolqarıstan paytaxtı Azərbaycan loukosterinin birbaşa reyslər reallaşdırdığı ilk Avropa İttifaqı şəhəri olacaq, – avişirkət cümə günü məluumat yayıb.
Bakı-Sofiya istiqamətində və avişirkətin uçuş həyata keçirdiyi digər istiqamətlərdə minimal tarif 29 avro (bir tərəfə) olacaq. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları baş tutacaq.
“Sofiyaya yeni mütəmadi reysin açılması Azərbaycanın mülki aviasiyası üçün mühüm hadisədir. Bakı-Sofiya aviareysi ölkəmizin vətəndaşları üçün yeni populyar istirahət istiqamətləri açacaq. Buta Airways aviaşirkəti tərəfindən reyslərin həyata keçirilməsi Avropa və Bakını turistlər üçün daha əlçatımlı edəcək. Milli loukoster öz marşrut şəbəkəsinin genişlənməsi və optimallaşması üzrə işi davam etdirəcək”, – “”Azərbaycan Hava Yolları QSM-in prezidenti Cahangir Əsgərov deyib.
Buta Airways Azərbaycanın ilk kiçik büdcəli aviaşirkətidir (loukoster) və Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tərkib hissəsidir.
Buta Airways 2016-cı ilin dekabrında yaradılıb və 2017-ci ilin sentyabrından fəaliyyətə başlayıb. Hazırda loukoster Bakıdan Gəncəyə və doqquz beynəlxalq istiqamətdə Rusiyaya, Türkiyəyə, Ukraynaya, Gürcüstana və İrana reyslər həyata keçirir.
Buta Airways aviaşirkəti uçuşları Braziliyanın Embraer E190 təyyarələri ilə reallaşdırır. Əksər istiqamətlərdə təyyarələr 85 faizdən az olmayaraq dolmuş vəziyyətdə uçur.