Azərbaycandakı siyasi məhbusların yenilənmiş siyahısı 99 nəfərdən ibarətdir
Azərbaycanda 99 siyasi məhbus
Sülh və Demokratiya İnstitutu Azərbaycandakı siyasi məhbusların yenilənmiş siyahısını dərc edib. Siyahıya 99 nəfərin adı daxil edilib. Bu, ötən yaydakı siyahıdan bir nəfər əskikdir. Bu gün isə Bakıda D-18 siyasi təşkilatının lideri Əhməd Məmmədlinin inzibati həbs işi üzrə apellyasiya məhkəməsi baş tutub. O, sentyabrın 20-də 30 sutkalıq həbs cəzasına məhkum edilib. Dostları və tərəfdaşları onun həbsinin siyasi motivli olduğuna əmindirlər.
- Azərbaycanda dörd siyasi məhbusa tam bəraət verilib
- Bakıda jurnalist və vəkil həbs edilib
- Azərbaycan hökuməti Yadigar Sadıqlıya kompensasiya ödəməli olacaq
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Naminə” İttifaq siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb. Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb – “Turan” agenntliyinin məlumatında deyilir. Mənbənin bildirdiyinə görə, siyahıya 99 nəfərin adı daxil edilib.
Qeyd olunur ki, siyahı tərtib olunarkən hüquq müdafiəçiləri Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi “siyasi məhbus” anlayısına əsaslanıblar.
Ötən yay, iyunun 6-da bundan əvvəlki siyahı dərc olunub. Həmin siyahıda 100 nəfərin adı yer alıb.
Müəllifləridən biri Elşən Həsənovun sözlərinə görə, siyahıya yeni şəxslər daxil edilib. Bunlar dini fəal Fəqan Məmmədov (“KIM TV” YouTube kanalının aparıcısı) və Abid Qafarovdur.
Fəqan Məmmədov qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. O, Bakıdan Gəncəyə Aşura mərasiminə üzərinə qanunvericiliklə qadağan olunmamış şüarlar yazılmış köynəklər aparıb. Məlumatda o da deyilir ki, Məmmədov “Gəncə işi” üzrə həbs olunanların ailələrinə fəal şəkildə yarıdım ötürüb.
Abid Qafarov Qarabağ müharibəsi veteranlarını ədalətsizliyə etiraz etməyə çağırdığına görə bir il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlki siyahıdan azadlığa buraxılmış din xadimi Elşən Mustafaoğlu, “Müsəlman birliyi” Hərəkatının həbs müddəti başa çatmış üzvü Teymur Osmanovun və həbsxanada vəfat etmiş ömürlük məhkum Elşad Mustafayevin adları çıxarılıb.
Siyasi məhbuslar bir neçə qrupa bölünüb: jurnalistlər və bloqerlər (4 nəfər), müxalifət partiyalarının və hərəkatlarının üzvləri (4 nəfər), Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), dindarlar (19 nəfər), “Tərtər işi” üzrə həbs olunanlar (27 nəfər), “Gəncə işi” üzrə həbs olunanlar (27 nəfər), ömürlük məhkumlar (13 nəfər).
Əhməd Məmmədlinin apellyasiyası rədd edilib
Sentyabrın 20-də Bakıda D-18 siyasi təşkilatının lideri Əhməd Məmmədli mülki geyimli naməlum şəxslər tərəfindən saxlanılıb. Bir neçə saat sonra məlum olub ki, Məmmədli bütün bu müddət ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində olub. Tezliklə məhkəmə gənc siyasətçini “hakimiyyət təmsilçilərinin qanuni tələblərinə tabe olmamaq” ittihamı ilə 30 sutka inzibati həbs cəzasına məhkum edilib.
Məmmədlinin dostları və tərəfdaşları bildirirlər ki, onun həbsi sosial şəbəkələrdəki sərt statusları ilə əlaqədardır.
Həbs olunduğu gündən Əhməd Məmmədli qanunsuz məhkumluğuna qarşı aclıq elan edib. Aclığın beşinci günü o, səhhətinin kəskin pisləşməsi ilə əlaqədar olaraq aclıq aksiyasını dayandırmalı olub. Bu haqda vəkili Zibeydə Zəkəriyyəyeva bildirib.
Bu gün Bakı Apellyasiya Məhkəməsi Məmmədlinin müdafiə arqumentlərini rədd edib və onun haqqında öncəki məhkəmə qərarını qüvvədə saxlayıb.