Onları Azərbaycanda yaşayan ən qeyri-adi insanlardan biri adlandırmaq olar. Bu adamlar hər gecə saat 3-də yuxudan dururlar ki, öz tanrılarına dua etsinlər. Onlar heyvan mənşəli qidalar yemir. Belə düşünürlər ki, aqressiya itmir və insanlara başqa formada qayıdır, bunu fizikanın qanunları ilə izah edirlər.
Əməkdaşımız Bakıdakı Krişna şüuru cəmiyyətində bir gün keçirib. Onun bu qeyri-adi insanların həyatı haqqında çəkdiyi mini-filmi diqqətinizə çatdırırıq.