Azərbaycanda WhatsApp, Viber и Skype-a girişi açıblar
Paylaşmaq
Paylaşmaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet şəbəkəsi vasitəsilə göstərilən telekommunikasiyalar xidmətində problemlərin yaranması şərh edib.
“Ölkəmizdə keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarının təhlükəsizlik tədbirlərinin tərkib hissəsi olaraq Azərbaycan Respublikası ərazisində müvəqqəti olaraq internet şəbəkəsi üzərindən təşkil olunan telekommunikasiya xidmətlərinə (“Skype”, “Viber”, “WhatsApp” və s.) məhdudiyyətlərin tətbiqi səsli və görüntülü onlayn kommunikasiya proqramlarının istifadəsində müəyyən çətinliklər yaradıb”, – nzirliyin rəsmi bəyanatında deyilir.
Nazirlik bildirir ki, həmin dövrdə bir çox profilaktik tədbirlərin sırasında şəbəkənin sazlanması işləri də həyata keçirilib.
“Hazırda texniki yeniləmə işləri başa çatıb və vətəndaşlar bu kommunikasiya proqramlarından yerli və beynəlxalq əlaqələr üçün istifadə edə bilərlər”, – nazirlik qeyd edir.
Beynəlxalq saytların bloklanması barədə daha ətraflı məlumatı JAMnews-un xəbərində oxumaq olar