Azərbaycanda son sutka ərzində COVID-19 koronavirusundan yeddi nəfər ölüb, 537 yeni yoluxma qeydə alınıb.
Bu gün 453 nəfər sağalıb və evə buraxılıb. Bu günə qədər isə koronavirusla mübarizə aparan 12 635 nəfər sağalıb.
Rəsmi statistikaya görə, hazırda ölkədə yoluxanların ümumi sayı 21 374 nəfər təşkil edir, onlardan bu günə kimi 265-i ölüb.
8 474 nəfərin müalicəsi davam edir.
Azərbaycanda həkimlərin virusa yoluxması artıb. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan 33 tibb işçisi koronavirusa yoluxub. Bundan öncə də bu klinikada virusa yoluxub sağalan tibb işçiləri olub. Onlardan 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir.