Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Seçki sona çatdı.
Müstəqil müşahidəçilər və jurnalistlər çox sayda pozuntu haqda məlumat yayıb. Məsələn:
[yes_list]
- karusel;
- qutulara dəstə bülletenlərin atılması;
- seçki məntəqəsində işığın söndürülməsi;
- müşahidə kameralarının qarşısının kəsilməsi;
- jurnalistlərin və müşahidəçilərin işinə maneə, onlara təzyiq və güc tətbiqi;
- başqa rayon və şəhərlərdə qeydiyyatda olan insanların özlərinə aid olamayan məntəqələrdə səsəverməyə qatılması.
[/yes_list]
Həmçinin bir neçə toqquşma da baş verib və bu hallar polis çağırılması, hətta səsvermənin dayandırılması ilə nəticələnib.
Hökumətyönlü media bütün bu insidentlər haqda susur.
Azərbaycanda parlament seçkiləridir – 1314 namizəd arasından 125 deputat seçiləcək. Seçkilər majoritar sistem üzrə keçirilir.
Bu, növbədənkənar seçkilərdir – prezidentin “Yeni Azərbaycan” Partiyasının təşəbbüsü ilə hazırkı parlament özünü buraxandan sonra 2020-ci ilin sonundan əvvəlinə – fevralın 9-a keçirilib. Bu partiya artıq beşinci çağırışdır ki, parlamentdə çoxluq təşkil edir, müxalifət isə artıq 10 ildir ki, parlamentdə təmsil olunmur.
Bu il namizədlər arasında çoxlu müxalifətçi (ötən seçkiləri onlar boykot edib) və ictimai fəal gənclər var, seçkiqabağı kampaniya isə cəmiyyətin diqqət mərkəzində olub. Bir çox ekspertlər hazırkı məqamı həlledici hesab edirlər, hakimiyyətin şəffaf, demokratik seçki keçirməyə hazır olmasından danışır və bildirirlər ki, ölkənin gələcəyi bu seçkilərdə saxtakarlığa yol verilib-verilməməsindən asılıdır.
• Azərbaycanda seçkilər haqda daha ətraflı – bu seçkilər nə ilə fərqlənir və niyə vacibdir?
16:00
Sosial şəbəkələrdə və müstəqil mediada pozuntular haqda məlumatlar yayılmaqda davam edir. Bəzi məntəqələrdə qarşıdurmalar yaşanıb, namizədlər və onların nümayəndələri onlara təzyiq göstərildiyindən və karusellərin olmasından şikayət edirlər. Sandıqlara eyni zamanda bir neçə bülleten atıldığını əks etdirən fotolar da yayılıb.
Bununla yanaşı, rəsmi məlumata görə, 08:00-dan 14:00-a qədər Azərbaycan Mətbuat Şurasının qaynar xəttinə jurnalistlərdən pozuntular haqda dörd müraciət daxil olub. Şikayətlərin dördü də regionlara aiddir. Mərkəzi Seçki Komissiyasından bildirilir ki, problemlər aradan qaldırılıb.
10.00
Müstəqil müşahidəçilər bildirirlər ki, onlara çəkilişə və baş verənləri izləməyə imkan vermirlər. Bəzi məntəqələrdə müşahidəçiləri məntəqələrin içərisinə buraxmırlar və onlara “kənardan müşahidə etməyi və işə mane olmamağı” təklif edirlər.
Bəzi məntəqələrdə müşahidəçilərə qarşı zor tətbiq olunub.
Video: Demokratik Təşəbbüslər İnstitutu
https://www.facebook.com/AzadliqLive/videos/2673996356048880/?t=20
Video namizəd Rəbiyyə Məmmədovanın Facebook səhifəsindəndir
https://www.facebook.com/rabiyyam/videos/442388349809910/?t=0
8.00
Azərbaycanda səsvermə başlayıb. Seçicilər 1314 namizəd arasından Milli Məclisə 125 deputat seçməlidirlər. 5573 seçki məntəqəsi səhər saat 8-dən axşam saat 7-ə qədər işləyəcək.
Beynəlxalq müşahidəçilər – 883 • Yerli müşahidəçilər – 77 790 • Seçicilər – 5 329 460 • Namizədlər – 1314