Azərbaycanda Silahlı Qüvvələr Günü – hərbçilərin peşə bayramı qeyd olunub. 1998-ci ildən etibarən iyunun 26-ı dövlət bayramı və qeyri-iş günüdür.
Bu tarix 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası (ilk respublika) hökumətinin qərarı ilə Əlahiddə Azərbaycan Korpusunun yadadıldığı üçün seçilib. Faktiki olaraq bu, Azərbaycanın ilk müstəqil ordusu sayılır, buna qədər Azərbaycan Rusiya İmperiyasının tərkibinə daxil idi. Bu ordu bir neçə il, Azərbaycan SSRİ-nin bir hissəsi olana qədər mövcud oldu. 1991-ci ildə Azərbaycanın Ali Soveti milli özünümüdafiə qüvvələrinin yaradılması haqda qərar qəbul edəndən sonra ordu bərpa edildi.
Beləliklə, hazırkı 26 iyun sıradan bir bayram deyil, yüzillik yubileydir. Bunun şərəfinə paytaxtın mərkəzində Azadlıq Meydanında parad keçirilib, paradda dörd minə yaxın hərbçi, 240 ədəd texnika və 70-dən çox uçan aparat iştirak edib.
Müdafiə Nazirliyi üçün bu parad həm də yeni alınmış silahları, məsələn, bu yaxınlarda əldə edilmiş uzaq məsafəli raket-artilleriya sistemləri və Amerika istehsalı olan Bell-412 vertolyotlarını nümayiş etdirmək üçün bir fürsət olub.
Bakılılar artıq bir neçə gündür ki, parada hazırlığın onların həyatına xeyli təsir etdiyindən şikayətlənirlər. Bir çox mərkəzi küçələrin bağlı olması üzündən insanlar ya tıxaclarda qalmalı, ya da mənzil başına piyada getməli olurlar. Bunların hər ikisi narahatlığa səbəb olur, çünki Bakıda artıq 35 dərəcə isti ilə keçən əsl yay başlayıb.