Qəhrəmanlı həbs edilib. Onu iyulun 23-də DTX əməkdaşlarının olduğu deyilən bir qrup şəxs səhər saat 4 radələrində evindən aparıb. Hazırda Fuad Qəhrəmanlıdan heç bir məlumat yoxdur, telefonuna isə zəng çatmır.
AXCP sədrinin müşəviri Məmməd İbrahim öz Facebook hesabında qeyd edib ki, Fuad Qəhrəmanlının evinə gedərkən qapıda təpik izləri görüb, onun sözlərinə görə, güman ki, DTX əməkdaşları qapını sındırmağa çalışıblar:
“Qapının üstündə olan toxmağın qırılıb yerə atıldığını gördüm. Qonşular bildiriblər ki, qapıya təpik vuranlar mülki geyimlilər idi. Onlar qonşulardan vintaçan (otvyortka) istəyiblər, ancaq qonşular verməyib. Görünür, ilk vaxtlarda Fuad bəy qapını açmaq istəməyib, lakin qapını qıracaqlarını görüb, məcbur olub açıb. Bütün əndazələri aşırlar”.
AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı daha öncə 2015-ci ilin dekabrında Nardaran hadisələrinə görə həbs olunub. O, 2019-cu ilin mart ayında prezidentin əfv fərmanından sonra azadlığa çıxıb.