Azərbaycanda həbsdə olan bloger Lapşin xəstəxanaya yerləşdirilib
Paylaşmaq
Paylaşmaq
Bakıda istintaq təcridxanasında saxlanılan bloger Aleksandr Lapşin həkimlər tərəfindən taxikardiya diaqnozu qoyulandan sonra tibb məntəqəsinə yerləşdirilib.
Son günlərdə Lapşin ürək ağrılarından şikayət edirmiş və özəl klinikaya müayinəyə gətirilib, elə burada da ona diaqnoz qoyulub, – “Turan” agentliyinə blogerin vəkili Aleksey Çernin məlumat verib.
İndiyə qədər Lapşin hər həftə tibbi müayinədən keçirilib və vəkilin sözlərinə görə, nə səhhətilə, nə də təcridxanada saxlanma şəraitilə bağlı şikayəti olmayıb. O. Bir eçə dəfə doğmaları ilə görüşüb.
40 yaşlı bloger-səyyah Aleksandr Lapşin Azərbaycanın tələbi əsasında 2016-cı il dekabrın 16-da Minskdə həbs edilib. Onu dövlət sərhədini pozmaqda (Dağlıq Qarabağa səfər etdiyi üçün) və dövlətçiliyə qarşı fəaliyyətdə (internetdə yaydığı məqalələrində Azərbaycan siyasətini tənqid etdiyi üçün) ittiham olunur.
2017-ci il fevralın 7-də Lapşin Minskdən Bakıya ekstradisiya edilib.
“Cürətkar blogerin” işi ilə daha ətraflı JAMnews-un məqaləsində tanış ola bilərsiz.