Son 25 il ərzində Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov bu gün səhər 82 yaşında vəfat edib. Ölkədəki karantin rejimi ilə əlaqədar Operativ Qərargahın verdiyi qərara görə, dəfndə ölünün ancaq ailə üzvləri və maksimum 5 nəfər iştirak edə bilər. Dəfn mərasimindən yayılmış fotolarda görünür ki, Fəttah Heyfərovun dəfnində karantin qaydaları kobud şəkildə pozulub. Fəttah Heydərov 1ci fəxri xiyabanda dəfn edilib. Fəttah Heydərov 1995ci ildən bəri Azərbaycan Respublikasının deputatı idi, O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atasıdır.
Azərbaycan Respublikasının Milli Məclisində 125 yer var. Sonuncu parlament seçkilərindən sonra 4 dairədə seçki nəticələrinin ləğv olunmasından və deputatlardan birinin vəfatından sonra parlamentdə hazırda 120 deputat var, 5 yer isə boş olaraq qalır.
İyul ayında Ermənistan və Azərbaycan arasında gedən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimovun 2-ci fəxri xiyabanda, deputat Fəttah Heydərovun isə 1-ci fəxri xiyabanda dəfn edilməsi sosial şəbəkədə müzakirəyə səbəb olub.
Sosial şəbəkə istifadəçilərindən biri yazır:
“Döyüşdə şəhid olmuş Generalının ikinci, heç nə ilə yadda qalmayan deputatının birinci fəxri xiyabanda dəfn edildiyi ölkədə yaşayırıq…”