Azərbaycana idxal olunan AI-95 (Premium) və AI-98 (Super) markalı benzinlərin qiyməti qalxıb. Hazırda AI-95 markalı benzinin qiyməti 1,25 AZN, AI-98-in qiyməti isə 1,50 AZN (müvafiq olaraq 0,74 və 0,88 USD) təşkil edir.
Qiymətlər qalxana qədər bu benzin markalarının bir litri 0,95 və 1,10 AZN idi. Beləliklə də super markalı benzin 13,6 faiz bahalaşıb.
SOCAR Dövlər Neft Şirkəti qiymətlərin qalxmasını bu benzin markalarının xaricdən (o cümlədən Rumıniyadan) idxalı ilə izah edir və əlavə edir ki, benzinin qiyməti dünya bazarında qiymət tendensiyalarına müvafiq olaraq formalaşır. Bu markalara aid benzin idxal olunur, onun qiyməti Azərbaycan hökumətinin Tarif Şurası ilə tənzimlənmir. SOCAR bildirir ki, yeni qiymətlər ancaq “lüks” avtomobillərin sahiblərinə təsir edəcək.
Hökumət bildirir ki, qiymətlərin qalxması respublikada istehsal olunan və əksər sürücülərin istifadə etdiyi AI-92 markalı benzin və dizel yanacağına aid deyil.
SOCAR-dan olan mənbələr əlavə edirlər ki, bu il premiun və super markalı benzinlərin qiymətləri qonşu Rusiya və Gürcüstanda da qalxıb.
“Azərbaycanda AI-95 premium markalı benzinin qiyməti 0,74 dollardısa, Ukraynada yanacağın bu markası 0,31 dollar bahadır və bir litri 1,05 dollardır. AI-95 premium markası qonşu Gürücüstanda 0,86 dollardır, yəni Azərbaycandan 0,12 dollar bahadır. Ermənistanda AI-95 premium markası 0,8 dollara satılır ki, bu da Azərbaycanda olandan 0,11 dollar bahadır. Super markalı benzinlə bağlı da təxminən eyni vəziyyətdir”, – report.az saytı yazır.
Sosial şəbəkələr benzinin bahalaşması ilə bağlı xəbəri neqativ qarşıladılar:
“Deyildiyi kimi, idxal olunan benzinin qiyməti dünya bazarı ilə tənzimlənirsə, onda niyə o hər dəfə qalxır və bir dəfə də olsun düşmür? Bu necə bazardı ki, ölkədə bir inhisarçı var – SOCAR?”
“Neft ölkəsi üçün lazım olan texnologiyanın olmaması səbəbindən benzinin idxalından asılı olmaq biabırçılıqdır. Necə beyin sahibi olmalısan ki, öz ölkəndə deyil, Türkiyədə ən müasir neft emalı zavodu tikəsək” (İzmirdə SOCAR-ın törəmə müəssisəsi olan STAR Rafinery zavodu nəzərdə tutulur).