Azərbaycanda artıq 15 koronavirusa yoluxma haqlı qeydə alınıb. Üç nəfər sağalıb
Azərbaycanda daha iki nəfər koronavirusa yoluxub. Beləliklə İtaliyadan gələn bir nəfərdən başqa qalan bütün yoluxanlar İrandan gəlib.
Bu haqda “Turan” agentliyi Nazirlər Kabineti yanında Koronavirusun Qarşısının Alınması üzrə Operativ Qərargaha istinadən xəbər verib.
Yoluxanlardan üç nəfər sağalıb, bir nəfər ağır vəziyyətdədir, qalanlarının vəziyyəti normaldır – qərargahın yaydığı press-relizdə deyilir.
Yoluxanlar arasında həm Azərbaycan, həm də başqa ölkə vətəndaşları var.
• Koronavirus: pandemiya elan olunub. Bu nə deməkdir və nə gözləmək lazımdır?