Azərbaycanda “Mustafa Kamal Atatürk – 2019” Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb. Təlimlər iki ölkənin orduları arasında təcrübə mübadiləsinin aparılması, hərbçilərdə oturuşmuş qarşılıqlı fəaliyyət və birgə əməliyyatların həyata keçirilməsi vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Təlimlər Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqda saziş çərçivəsində həyata keçirilir və mayın 1-dən 3-ə qədər davam edəcək, Trend agentliyi məlumat verir. Təlimlərə iki ölkə ordususunun zirehli texnika, artilleriya və minaatanları, hərbi və nəqliyyat vertolyotları, hava hücumundan müdafiə hissələri və zenit-raket hissələri cəlb olunub.