Azərbaycan-Ermənistan sərhədində Ermənistan hərbçisi saxlanılıb, amma sonra geri qaytarılıb
Yenilənib: 23.00, 8 iyun, 2021
Azərbaycan səhər Azərbaycan-Ermənistan sərhədində saxlanılan Ermənistan hərbçisi Artur Katanyanı geri qaytarıb, çünki diversiya versiyası təsdiqqini tapmayıb.
“Aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, …Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub… Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik”, – Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
16.00, 8 июня, 2021
Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidməti Ermənistanla sərhəddə hərbçi Artur Katanyanın saxlanılması haqda məlumat verib.
Nazirliyin məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Laçın istiqamətində sərhədi pozub:
“İlkin istintaqa əsasən, düşmənin kəşfiyyat-diversiya qrupunun hədəfi ərazilərimizin minalanması olub. Hazırda saxlanmış diversant haqda məlumatlar dəqiqləşdirilir”, – Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
- “Azərbaycan “Laçın dəhlizini” bağladığını bəyan etməlidir” – Tofiq Zülfüqarov
- Superaktivlik və ilk pozuntular: Ermənistanda seçkiqabağı kampaniya başlayıb
Bu, son yarım ayda artıq Ermənistan SQ-nin saxlanılan yeddinci hərbçisidir.
Ermənistanın Müdafiə Nazirliyinin reaksiyası
Ermənistanın Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin müqaviləli xidmət hərbçisi Artur Katanyanın Azərbaycanın nəzarəti altında olan ərazidə olduğunu təsdiqləyib. Amma məlumatda vurğulanır ki, sıravi Katanyan dumanlı hava şəraitində yolunu azıb.
Beləliklə, Ermənistanın Müdafiə Nazirliyi saxlanılan şəxsin “diversant” olduğunu inkar edib:
“Azərbaycanın Müdafiə Nazirliyinin A.Katanyanın diversant olması haqda bəyanatı həqiqəti əks etdirmir”.
Daha əvvəl saxlanılan altı nəfər haqda məlumat yoxdur
2021-ci il mayın 27-də səhər Azərbaycanın Müdafi Nazirliyinin mətbuat xidməti Ermənistanın altı hərbçisinin əsir götürüldüyü haqda bildirib. Ermənistan tərəfi bu informasiyanı təsdiqləyib.
Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycanın Kəlbəcər rayonu ərazisində diversantlar ələ keçirilib.
Ermənistanın hərbi qurumu isə erməni hərbçilərin Ermənistan ərazisində mühəndis işləri apardıqları zaman mühasirəyə alındıqlarını və əsir götürüldüklərini bəyan edib.
Onların saxlanılmasından artıq 12 gün keçib, amma Ermənistan SQ-nin saxlanılmış altı hərbçisinin taleyi haqda əlavə məlumat daxil olmayıb.
2020-ci ilin dekabrında saxlanılan şəxsin məhkəməsi başlayıb
Bakıda 2020-ci ilin dekabrında, yəni Qarabağda hərbi əməliyyatlar başa çatandan sonra saxlanılan Ermənistan SQ-nin hərbçilərinin işi üzrə məhkəmə prosesi başlayıb. 62 erməni hərbçi Xocavənd (Martuni) rayonu ərazisində saxlanılıb.
İyunun 7-də Azərbaycanın Baş Prokurorluğu onların 13-ü ilə bağlı məhkəmə prosesinin başladığı haqda məlumat yayıb. Bundan əvvəl Ermənistan SQ-nin digər 14 hərbçisi ilə bağlı ilk məhkəmmə iclası keçirilmişdi.
Saxlanılanlardan üçü Qarabağdakı Rusiya sülhməramlı kontingentinin baş komandanının iştirakı ilə Ermənistan tərəfinə qaytarılıb.