İctimai yerlərdə siqaret çəkən sadə adamlar 30 manat (17 dollar) həcmində, siqaret çəkilən kafe və ya pab sahibləri isə 1000 manat (588 dollar) həcmində cərimə olunacaq. Eyni şey məktəblərə və xəstəxanalara da şamil olunur – bu müəssisələrin nəinki binasında, heç həyətində də siqaret çəkmək olmaz.