Azərbaycan parlamenti özünün buraxılması haqqında qərar verdi
Paylaşmaq
Paylaşmaq
Azərbaycan parlamenti dekabrın 2-də keçirilmiş iclasında səs çoxluğu ilə özünün buraxılması haqqında qərar verib. Eyni zamanda, deputatlar növbədənkənar parlament seçkilərinin keçirilməsinə səs veriblər və prezidentə bu iki qərarın təsdiqlənməsi üçün müraciət ediblər.
Parlamentin buraxılması ideyası ilə parlamentdə çoxluq təşkil edən hakim “Yeni Azərbaycan” partiyası çıxış edib.
Rəsmi versiyaya görə, hazırkı deputatlar prezidentin kursuna və onun apardığı islahatlara uyğun gəlmirlər.
Qeyri-rəsmi versiyalardan birinə görə, bu, hakimiyyətin prezident İlham Əliyevdən onun həyat yoldaşı, hazırda birinci vitse-prezident postunu tutan Mehriban Əliyevaya ötürülməsinin mərhələlərindən biridir.
Azərbaycanda yeni parlamentə seçkilər 2020-ci ilin noyabrında keçirilməli idi.
Müxalifətin bir hissəsi növbədənkənar seçkilərə hazırlaşır, digər hissəsi isə seçkiləri boykot etməyi düşünür.
Azərbaycan parlamentinin buraxılması, versiyalar və cəmiyyətin buna reaksiyası barədə daha ətraflı buradan oxuya bilərsiniz: