Azərbaycan “jurnalistlər üçün düşmən ölkə” adlandırılıb
Paylaşmaq
Paylaşmaq
“Azərbaycan məhkəmə araşdırmaları, hökmlərin çıxarılması və həbsxanada saxlanma baxımından jurnalistlər üçün düşmən ölkələrdən biridir”, – AŞPA-nın yanvarın 28-də qəbul etdiyi “Avropada media azadlığına və jurnalistlərin təhlükəsizliyinə qarşı təhdid” qətnaməsində belə deyilir.
Qətnamədə Azərbaycan hakimiyyətindən jurnalistlərin təqib olunmasını dayandırmaq, söz azadlığını təmin etmək və Avropa Şurası qarşısında müvafiq öhdəlikləri yerinə yetirmək tələb olunub – “Turan” informasiya agentliyi yazır.
Qətnamədə həmçinin xatırlanıb ki, 2017-ci ildə Azərbaycanda jurnalistlərə və ya media orqanlarına qarşı 18 cinayət işi qaldırılıb, eyni zamanda 400 hökumətyönlü jurnalist son bir neçə ildə hakimiyyətdən pulsuz ev alıb.
“Sərhədsiz reportyorlar” təşkilatının 2019-cu il ərzində tərtib etdiyi söz azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 166-cı yeri tutub.