Teymur Rəcəbov 32 yaşlı qrossmeyster, Azərbaycanın yığma komandasının tərkibində komanda çempionatının üçqat Avropa çempionudur.
14 yaşında Beynəlxalq Şahmat Federasiyasının dünyanın 100 ən yaxşı şahmatçısı siyahısında 93-cü yeri tutub.
Şahmat üzrə Dünya Kuboku Rusiyanın Xantı-Mansiysk şəhərində baş tutub. Kubokun finalçıları iddiaçılar turnirində (dünya çempionunun rəqibi Dünya Birinciliyinə gedən yarışmalar silsiləsinin bu mərhələsində müəyyən olur) iştirak haqqı qazanıb.