Azərbaycanlı müxalifətçi seçki saxtakarlığına qarşı aclıq elan edib
Paylaşmaq
Paylaşmaq
Müxalif “Müsavat” partiyasının üzvü Elman Quliyev fevralın 27-də aclıq elan edib. O, Azərbaycandaparlament seçkilərinin nəticələrinin ləğv olunmasını tələb edir.
Azərbaycanda növbədənkənar parlament seçkilərifevralın 9-da baş tutub. Bu seçkilərdə növbəti dəfə Yeni Azərbaycan iqtidar partiyası qalib elan olunub. Müstəqil yerli müşahidəçilərin əksəriyyətinin və beynəlxalq təşkilatların rəyincə, seçki qeyri-demokratik və çox sayda pozuntularla keçib. Müstəqil namizədlər və müxalif partiyalar artıq bir neçə etiraz aksiyası keçirərək seçki nəticələrinin ləğv olunmasını tələb ediblər, amma bu aksiyalar polis tərəfindən dağıdılıb.
“Müsavat” partiyasının Gənclər Təşkilatının sədri Elman Quliyev də deputatlığa namizədliyini irəli sürmüşdü. Onun dairəsindən iqtidar partiyasının namizədi Səbinə Xasıyeva qalib gəlib.
Müxalifətçi etiraz aksiyasını “Müsavat” partiyasının qərargahında keçirir.
“Mənim aclıq eləməklə seçki nəticələrinin ləğv olunmasına nail olmaqdan başqa çarəm qalmayıb. Bizim şikayətlərimizə formal olaraq baxılıb, bizim dinc etiraz aksiyalarımızı polis dağıdıb. Bizi, deputatlığa namizədləri qanunsuz olaraq saxlayıblar. Aclıq saxtakarlığa etiraz bildirmək üçün sonuncu cəhddir”, – “Kavkazskiy uzel” Quliyevdən sitat gətirib.
“Müsavat” üzvləri əvvəllər də hakimiyyətin bu və ya digər qərarı və ya addımı ilə bağlı aclıq elan ediblər, amma bir qayda olaraq səhhətlərinin pisləşməsi səbəbilə aksiyanı dayandırıblar.
Elman Quliyev (mərkəzdə) onu dəstəkləməyə gələn tərəfdaşları ilə birlikdə (Facebook)