Azərbaycan prezidentinin təklifi ilə yerli parlament nümayəndələrinin, hakimlərin və ombudsmenin maaşı 10 faiz artırılıb. Bu qərar Milli Məclisin son iclasında qəbul olunub.
Azərbaycanlı deputatlar indiyə qədər ölkədəki orta aylıq əməkhaqqıdan üç dəfə çox maaş alırdılar – müvafiq olaraq 1575 manat (təxminən 900 dollar), 500 manata (təxminən 300 dollar) qarşı.
2018-ci il mayın 1-dən etibarən deputatlar 1732 manat (təxminən 1000 dollar) əməkhaqqı alacaqlar. Komitə sədrlərinin, vitse-spikerlərin və spikerin maaşı daha çoxdur.
Qəbul edilmiş qərardan heç də bütün deputatlar razı qalmayıb. Bəziləri hesab edir ki, maaşlar daha çox olmalıdır, çünki son zamanlarda manatın devalvasiyaya uğramasını nəzərə almaq lazımdır:
“Elə eləmək lazımdır ki, dövlət qulluqçularının başqa gəlir mənbəyi axtarmağa səbəbi olmasın. Baş nazir və spiker 10 min manat (təxminən 5900 dollar) həcmində əməkhaqqı almalıdır, deputatlara isə ən azı 8 min manat (təxminən 4700 dollar) verilməlidir”, – APA agentliyi Qüdrət Həsənquliyevə istinadən yazır.
İqtisadçı Toğrul Maşallı deyir ki, maaşdan əlavə deputatlar maaşlarının yarısı həcmində “müavinət” də alır, üstəlik bu məbləğdən vergi də tutulmur.
İlin sonunda isə onlara “nümayəndəlik xərcləri” üçün daha iki maaş da ödənir. Bu da hələ hamısı deyil.
“Deputatlar yayda məzuniyyətə gedəndə onlara iki maaş həcmində məzuniyyət pulu da verilir. Ezamiyyət və nəqliyyat xərcləri də büdcədən ödənir. Üstəlik xidməti maşın da təqdim olunur”.
Sosial şəbəkələrdə şərh yazanlar da parlament üzvlərinin maaşlarının qaldırılması ilə bağlı qəbul olunmuş qərardan Qüdrət Həsənquliyev kimi narazı qalıblar. Amma tam əks səsbəbdən.
“Günün mövzusu: “xalqı dəli elə!””
“Qoy onlara əməkhaqqını başqa xalq ödəsin, çünki bu xalq üçün heç nə eləməyiblər”.
“Qoy mənim maaşımdan da onlara bir az versinlər”.
“Onlar sadəcə insanların üzünə tüpürürlər. Belə olmaz. Camaat çörək tapa bilmir. Allah buna görə onların bəlasını verəcək”.
“Xalqa çoxdan kim və nə olduğunu anladıblar. Onların sisteminə görə (xalq) sadəcə qulluqçu, pasportlu biomaterialdır. Siz də ya artıq bununla barışın, ya da ölkəni tərk edin”.