Azərbaycanın futbol üzrə yığma komandasına yeni məşqçi təyin edilib
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın Futbol Federasiyası (AFFA) “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovla altı illik müqavilə bağlayıb. 45 yaşlı mütəxəssis dekabrın əvvəlindən milli yığmanı hazırlaşdırmağa bağlayacaq və eyni zamanda “Qarabağ”dakı əvvəlki işində də qalacaq.
Qurbanov Azərbaycanın yığmasının baş məşqçisi vəzifəsində xorvat mütəxəssis Robert Prosineçkini əvəz edəcək. Prosineçkinin rəhbərliyi altında Azərbaycan yığması 2018-ci il Dünya Çempionatının seçmə turunda 10 xal toplayaraq özü üçün rekord nəticə göstərib. Bununla belə, AFFA xarvat məşqçi ilə müqaviləni uzatmamaq qərarı alıb.
AFFA prezidenti Rövnəq Abdullayev (eyni zamanda SOCAR dövlət neft şirkətinin prezidenti) bildirib ki, Qurbanov yekdilliklə seçilib. O qeyd edib ki, Qurbanov “Qarabağ” klubunun baş məşqçisi vəzifəsində də qalacaq.
“Əvvəlki baş məşqçilərlə bir qayda olaraq, iki illik müqavilə imzalamışıq. Yeni baş məşqçi ilə isə üç sikli əhatə edən altı illik müqavilə imzaladıq”.
Abdullayev müqavilənin detallarını açıqlamaqdan imtina edib: “Müqavilə şərtləri Vətənə ximətdir”.
Qurbaanovun özü isə ona göstərilən etimada görə AFFA-ya təşəkkür edib.
“Milli komanda ilə işləmək hər bir məşqçinin arzusudur. Çətin və məsuliyyətli işdir. Azarkeşlərin bütün diqqəti yığmaya yönəlib. Hamı birinci komandanın uğur qazanmasını istəyir. Uğura nail olub, nəticələri yaxşılaşdırmaq istəyirik. Bizim uzunmüddətli proqramımız olacaq, hansını ki, biz mərhələli şəkildə reallaşdıracağıq. İşimiz çox olacaq və biz rəhbərliklə birlikdə bunların öhdəsindən gəlmək istəyirik”, – azerisport.com Qurbanova istinadən xəbər verir.
“Qarabağ” futbol klubunun rəhbərliyi məşqçilərinin milli yığmaya təyinatını dəstəkləyib.
“Düşünmürəm ki, iki komandadakı vəzifələrin bir araya sığdırılması bizim klubun nəticələrinə pis təsir göstərəcək. Unutmaq lazım deyil ki, milli yığmanın əsas tərkib hissəsini “Qarabağ” klubunun oyunçuları təşkil edir”, – Ağdam klubunun direktoru Emrah Çelikel bildirib.